Rizvan Nəbiyev

Nəbiyev Rizvan Novruz oğlu (3 iyun 1975[1], Qamışlı, Vardenis rayonu) — Azərbaycanlı diplomat, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı, Birinci dərəcəli müşavir, siyasi elmlər doktoru, diplomatik tərcüməçi.[2]

Rizvan Nəbiyev
Şəxsi məlumatlar
Doğum tarixi 3 iyun 1975(1975-06-03)[1] (49 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat, politoloq
Uşağı 2
Elmi fəaliyyəti
Elm sahəsi politologiya[1], tarix[1], türkologiya[1]
Elmi dərəcəsi
  • siyasi elmlər doktoru[d]

Təltifləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı

Nəbiyev Rizvan Novruz oğlu 3 iyun 1975-ci ildə Ermənistan Sovet Sosialist Respublikası Basarkeçər rayonunun Qanlı kəndində anadan olmuşdur. 1997-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1999-cu ildə Almaniyanın Saarland Universitetində Avropa hüququ və beynəlxalq hüquq üzrə magistr-LL. M dərəcəsi, 2003-cü ildə Berlin Azad Universitetində Siyasi elmlər doktoru (Dr.rer.pol) elmi dərəcəsi almışdır. İngilis, alman, rus dillərini bilir.[3]

Berlin Azad Universitetində 2005–2008, 2012–2014-cü illərdə Qafqazda münaqişələr, Xəzər hövzəsində enerji strategiyası və Geosiyasət mövzularında dərs demişdir.

Ailəlidir. İki övladı var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2001-ci ildə Dünya Azərbaycanlıları I Qurultayının gənc alim statusunda nümayəndəsi olmuşdur.

Mərkəzi Seçki Komissiyasının dərc etdiyi ilkin nəticələrə görə 1 sentyabr 2024-cü ildə 7 min 719 səs (46,7 faiz) ilə 49 saylı Abşeron ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı seçilmişdir.[4][5][6]

2024-cü il oktyabrın 8-də Azərbaycan - İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[7]

Diplomatik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2004–2008-ci illərdə Azərbaycanın Almaniyadakı Səfirliyində Attaşe, 3-cü və 2-ci Katib işləmişdir. 2009–2011-ci illərdə XİN-də 1-ci katib, Qərbi və Mərkəzi Avropa şöbəsinin müdiri olmuşdur. 2011–2016-cı illərdə Azərbaycanın Almaniyadakı Səfirliyində müşavir vəzifəsində çalışaraq strateji əhəmiyyətli layihələri, siyasi, iqtisadi və humanitar məsələləri kurasiya etmişdir.[8] 2022-ci ildən XİN-nin Linqvistika idarəsinin rəisidir. Birinci dərəcəli müşavir diplomatik rütbəsi var.

2004-cü ildən Prezidenti İlham Əliyevin Almaniya, Avstriya və İsveçrə rəsmiləri ilə alman dilində olan görüşlərini və mətbuat konfranslarını konsekutiv və sinxron tərcümə edir. Federal Kanslerlər Qerhard Şröder, Angela Merkel və Olaf Şoltsla görüş və mətbuat konfranslarının təcüməçisi olmuşdur.

  • 2006–2023-cü illərdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Azərbaycanın Qarabağ bölgəsinin tarixinə dair alman və ingilis dillərin 15 kitabın yazılması və nəşrini təmin etmişdir.[9]
  • 2022 və 2023-cü illərdə Berlində alman və ingilis dillərində nəşr olunmuş "Şuşanın irsi" adlı elmi monoqrafiyanın həmmüəllifidir.
  • Xəzər bölgəsində enerji strategiyası və geosiyasi maraqlar mövzusunda alman dilində kitabı nəşr edilmişdir (Berlin, 2004).

2016-cı ildə XİN üzrə Əmrlə "2015-ci il yanvar-2016-cı ilin iyununda AR Prezidentinin AFR-ə rəsmi və işçi səfərlərinin hazırlanmasında xidməti vəzifələri nümunəvi yerinə yetirdiyinə görə Təşəkkür" elan olunmuşdur.

2019-cu ildə AR XİN üzrə Sərəncamla "Azərbaycan Respublikası Diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı və AR Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə medalı" ilə təltif edilmişdir.[10]

  1. 1 2 3 4 5 Nabiyev, Rizvan // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. "Deputatlığa namizəd diplomat Rizvan Nəbiyev kimdir? - DOSYE". 2024-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
  3. ""Basarkeçər-İrəvan yolundan davamlı olaraq millətçi erməni silahlıları keçirdi"". baku.tv (az.). İstifadə tarixi: 2024-09-08.
  4. "Onları parlamentdə ilk dəfə görəcəyik". 2024-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
  5. "Bu şəxslər ilk dəfə deputat seçildi - Siyahı". 2024-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
  6. "Milli Məclisə seçkilərin ilkin nəticələri məlum oldu - LİDER NAMİZƏDLƏR". marja.az (az.). İstifadə tarixi: 2024-09-08.[ölü keçid]
  7. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
  8. "Rizvan Nəbiyev: Ermənistandan azərbaycanlıların qovulması faktı Almaniya Bundestaqının qətnaməsində əks olunub - MÜSAHİBƏ". 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
  9. "Vyanada "Füzuli sənətkarlığı" kitabının almanca nəşrinin təqdimatı". 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
  10. "Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.