Rkasiteli

Rkasiteli(gürc. რქაწითელი < რქა წითელი, qırmızı buynuz) — Üzüm növü.

Üzüm (Vitis)
Rkasiteli
Rəngi
Mənşəyi
VIVC 10116

Gürcüstanın çoxəsrlik yerli sortudur. Gürcüstan üzümlüklərinin 20–30%-ni təşkil edir. Keçmiş SSRİ üzümlüklərində 1-ci yer tuturdu. Azərbaycan üzümlüklərinin yaxın keçmişdə 60%-i, hazırda 30%-ə qədərini təşkil edir.

Suvarılan münbit torpaqlarda sortun kolları güclü, məhsuldarlığı yüksəkdir.

Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta irilikdə və iri, uzun, silindrik və yaxud əsasından azca genişlənmiş, çox halda qanadlı, orta sıxlıqda və sıxdır. Gilələri orta irilikdə, azca oval, yaşılımtıl ağ, gün düşən tərəfdən qəhvəyi cizgilərlə sarıtəhər, yetişib ötdükdə zəif-çəhrayı ləkəlidir. Qabığı orta qalınlıqda, kifayət qədər möhkəmdir. Ləti axıcı, şirəlidir. Dadı adi, dolğun, ahəngdar və təravətlidir.

Rkasiteli gecyetişən yüksək şəkər toplayan şərab sortudur. Quraqlığa çox həssasdır, fillokseraya nisbətən davamlıdır.