Robert Coffri

Robert Coffri (əsl adı və soyadı – Abdulla Caffa Ənvər Bəy Xan, Ənvər Bəy Khan) (24.12.1930, Sietl –25.3.1988, Nyu-York) — Amerika baletartisti, xoreoqraf, pedaqoq.[1]

Robert Coffri
ing. Robert Joffrey
Robert Coffri Amerika baletartisti, xoreoqraf, pedaqoq
Robert Coffri Amerika baletartisti, xoreoqraf, pedaqoq
Doğum tarixi
Doğum yeri Sietl
Vəfat tarixi (57 yaşında)
Vəfat yeri Nyu-York
Milliyyəti Amerikan
İxtisası xoreoqraf
Fəaliyyəti baletartisti, xoreoqraf, pedaqoq
Fəaliyyət illəri 1950-1988
The Gerald Arpino and Robert Joffrey Foundation

1941-ci ildən Sietldə M.E. Uellsdən dərs almışdır. 1950-ci ildən Nyu-Yorkda, Amerika baleti məktəbində A.N. Obuxov və P.N. Vladimirovdan klassik rəqsi, Ali Səhnə Sənəti Məktəbində M. O’Donnel və G. Şurrdan modern rəqsi öyrənmişdir. 1949–50-ci illər -də R. Petinin “Paris baleti”ndə, 1951–53-cü illərdə M. O’Donnelin Amerika truppasında işləmişdir. 1948-ci ildən estradada çıxış etmiş, özü üçün, M. Ramberin şirkəti (1955, London) və b.-ları üçün rəqslər qurmuşdur.[1]

1952-ci ildə Nyu-Yorkda “Amerikan balle senter” studiyasını və 1954-cü ildə studiyanın əsasında “Robert Coffri balle konsert” truppasını təşkil etmişdir. C. Fildin musiqisi əsasında “İlahələrin rəqsi” və F. Pulenkin musiqisi əsasında “Bal-maskarad” (hər ikisi 1954), A. Şönberqin musiqisi əsasında “Ay Pyerosu” (1955) tamaşalarını hazırla mışdır. 1956-cı ildə C. Arpino ilə birlikdə “Robert Coffri tietr balle” truppasını yaratmış (truppa bir neçə dəfə adını dəyişmişdir, 1966-cı ildən “Siti senter Coffri balle”, 1977-ci ildən “Coffri balle”; 1982-ci ildən Los-Ancelesdə, 1995-ci ildən Çikaqoda), L. Harrisonun musiqisi əsasında “Qamelan” (1962) baletini, K. Sirkusun musiqisi əsasında “Astarta” (1967) rok-baletini, R. Vaqnerin musiqisi əsasında “Xatirələr” (1973) baletini səhnəyə qoymuşdur. Sonralar baletmeysterlikdən uzaqlaşaraq, pedaqoq və bədii rəhbər işləmiş, müasir xoreoqrafları (T. Tarp, A. Eyli, U. Forsayt) teatra dəvət etmişdir. 1910–30-cu illərin repertuarlardan çıx mış əfsanəvi baletlərinin tamaşaları [K. Yossun (“Yaşıl masa”, F. Koen, 1967), L.F. Myasinin (“Parad”, E. Sati, 1973), V.F. Nijinskinin (“Müqəddəs bahar”, İ.F. Stravinski, 1987) və b.] truppanın ən böyük uğurlarından olmuşdur.[1]

  1. 1 2 3 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 373. ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]