Robert Fulton (ing. Robert Fulton; 14 noyabr 1765[1][2] – 24 fevral 1815[1][2], Nyu-York, Nyu-York ştatı[4]) — amerikalı mühəndis və ixtiraçı, ilk buxar gəmisi "Klemont"un və sualtı qayıq "Nautilus"un layihəsinin yaradıcısı[5].
Robert Fulton | |
---|---|
ing. Robert Fulton | |
Doğum tarixi | 14 noyabr 1765[1][2] |
Vəfat tarixi | 24 fevral 1815[1][2] (49 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri |
|
Fəaliyyəti | mühəndis, ixtiraçı, rəssam, alim |
Fəaliyyət illəri | 1793–1815 |
Vikianbarda əlaqəli mediafayllar |
Robert Fulton 1765-ci ildə Pensilvaniya ştatının Litl-Britensdə (indi Fulton), kasıb irland emiqrantının ailəsində dünyaya gəlmişdir.
Doqquz yaşı olanda o, atasını itirmiş və pansion-məktəbə göndərilmişdir. Sonra isə Filadelfiyada zərgər yanında usta köməkçisi işləməyə başlamışdı. Orada o, fil sümüyündən hazırlanmış məmulatlar üçün miniatür şəkillər hazırlayaraq rəssamlıqla məşğul olmuşdur.
1787-ci ildə Robert Fulton Londona köçmüş və orada mühəndisliklə məşğul olmuşdur. İngiltərədə o, kanalların, şlüzlərin, su kəmərlərinin tikintisində iştirak etmişdir. İxtiraçılıqla məşğul olaraq o, mərməri kəsmək, kətanı əyirmək, ondan kəndir hazırlamaq və s. üçün xüsusi maşınların konstruksiyalarını işləyib hazırlamışdır.
1790-cı illərdə gəmiçilikdə buxarın istifadə edilmə problemi ilə sıx məşğul oldu. Bu mürəkkəb işdə müvəffəqiyyət əldə etmək üçün daha ciddi mühəndis məlumatları lazım gəldiyi üçün o, 1796-cı ildə Fransaya getdi. İxtiraçı Parisdə Amerika səfiri Robert Livinqstonla (1746–1813) görüşdü. Səfirin texniki nüanslardan tamamilə başı çıxmırdı, lakin o, çox bacarıqlı işçi olduğu üçün tez başa düşdü ki, lazımi imkan və təşkilatçılıq olsa, Fultonun ixtirası yaxşı gəlir verə bilər. O, öz cavan həmvətənini təriflədi və ona tədqiqatları davam etdirmək üçün pul verdi. Bu zaman uzaqgörən Livinqston hüquqi olaraq gəmiqayırmada buxar mühərriklərinin tətbiqinə dair təkbaşına hüququnu möhkəmləndirdi.
1814-cü ildə Fulton dünyada ilk dəfə 44 topu olan hərbi buxar gəmisi "Demoloqos"u yaratdı və bu gəmi ingilislərə qarşı müharibədə istifadə edildi.
Ömrünün son illərində Fulton Böyük göllər və Nyu-York limanı arasında su təchizatının təşkili layihəsi üzərində işləyirdi.
Robert Fulton 1815-ci ilin 24 fevralında Nyu-Yorkda vəfat etmişdir.
Nautilus 1801-ci ildə Fulton tərəfindən layihələndirilir və 1805-ci ildə Brestdə sınaqdan keçirilir. Gəmidə əl ilə hərəkət etdirilən pərlər, yana və qabağa hərəkət etmək üçün qanadlar və həmçinin üç nəfərlik komandanı hava ilə təmin etmək üçün sıxılmış hava sistemi vardır. Gəmi o vaxt Napoleonun marağına səbəb olur, ancaq sürəti az olduğundan hərbi məqsədlərdə istifadə edilmir.
11 fevral 1809-cu ildə Robert Fulton 1783-cü ildə fransız mühəndisi Kaludie de Jofroyun düzəltdiyi buxar gəmisini patentləşdirir. Klemont adlı buxar gəmisində həm də yelkənlər quraşdırılmış idi. Vatt buxar maşınının təkmilləşdirilmiş formasına malik olan maşınla işləyən buxar gəmisi təxminən 8,3 km/saat sürətlə hərəkət edirdi. O Nyu-York ilə Albani (ABŞ) arasında nəqliyyat vasitəsi kimi tətbiq edilir.
Fulton çuqun materialdan körpü layihələndirir və 1796-cı ildə onu Londonda çap etdirir. O həyata keçmir, ancaq 1806-cı ildə Sankt-Peterburqda şotland mühəndisi Uilyam Qeste o layihə əsasında Yaşıl körpü tikir. Bu körpü bir qədər dəyişilərək indiyə qədər qalmışdır.
1814-cü ildə Fulton həmkarı Demoloqos ilə birlikdə ilk buxar hərbi gəmisini inşa edirlər. O bundan bir il sonra Nyu-Yorkda vəfat edir və orada dəfn edilir.
2. Сергей Юрьевич Нечаев Удивительные изобретения [Текст] / С. Ю. Нечаев. — Москва : ЭНАС, 2012. — 236