Robert Enson Haynlayn (7 iyul 1907[1][2][…] – 8 may 1988[1][3][…]) — ABŞ fantastikasının patriarxı.
Robert Haynlayn | |
---|---|
ing. Robert Anson Heinlein | |
Doğum adı | Robert Anson Heinlein |
Təxəllüsü | Anson MacDonald, Lyle Monroe, John Riverside, Caleb Saunders, Simon York |
Doğum tarixi | 7 iyul 1907[1][2][…] |
Vəfat tarixi | 8 may 1988[1][3][…] (80 yaşında) |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, ssenarist, ədəbiyyat tənqidçisi, donanma zabiti[d] |
Fəaliyyət illəri | 1939–8 may 1988 |
Əsərlərinin dili | ingilis dili |
Janrlar | elmi fantastika, fantaziya, Yeniyetmə ədəbiyyatı |
Robert Haynlayn Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
O, dövrünü qabaqlayan bir çox ideyaların müəllifi olmuş və bir çox nüfuzlu mükafatlara layiq bilinmişdir. İdeya zənginliyi, obrazların qeyri-standarlılığı, canlı və iti dil, baş verənlərə oxucunu inandırmaq bacarığı, yazıçının ən əsas xüsusiyyətlərindəndir. Onun bir çox əsərləri ekranlaşdırılmışdır. Dörd dəfə Hüqo mükafatına layiq görülmüşdür. Fantastik ədəbiyyat sahəsindəki nəaliyyətlərinə görə isə bir neçə dəfə "Nebula" mükafatını qazanmışdır.
"Ay sərt sahibədir" əsərində hadisələr Ayda baş verir. 21-ci əsrdə Ay Terradan (Yerdən) məhkumların göndərildiyi böyük həbsxanadır. Ayda insanlar torpaqsız süxurların üzərində taxıl yetişdirməli və Terraya göndərməlidirlər. Bu olduqca ağır zəhmət tələb edir. Eyni zamanda su faydalı qazıntı kimi ayrıca mədən sənayesidir. Xərclər dayanmadan artır. Yaşamaq əzaba çevrilir. Sosial təzyiqlər dözülməz hal alır. Yerli inzibatçıların özbaşınalığına və qəddarlığına qarşı Ay sakinləri inqilab etmək qərarını verirlər.
Ay - Ay Yerin təbii peykidir. Ay eyni zamanda hegemoniya üçün predmetdir. Haynlayn bizə ABŞ-nin daha da güclü olduğu, SSRİ-nın öz mövqeyini qoruyub saxladığı və Çinin inkişaf etdiyi gələcək yeni era təqdim edir. Ay isə məhkumların, lazım olmayan insanların gödərildiyi yeni qitədir.
Ay ABŞ elmi-fantastikası üçün olduqca vacib ədəbi elementdir. Ucsuz-bucaqsız kainatımızda bizə ən yaxın kosmik cisim bizim üçün doğmalıq hissləri bəxş edir, lakin onu böyük həbsxanaya çevirmək ona qarşı tarixən mövcud olan isti münasibətin sonuna işarə edir?
İnqilabın fəlsəfi-nəzəri əsasları - Haynlayn sadəcə unikal üslublu, dinamik və həyəcanverici elmi-fantastik roman yazmayıb. O, eyni zamanda bizə inqilabın fəlsəfi-nəzəri əsasları ilə əlaqədar olduqca maraqlı konsepsiyalar məcmusu təqdim edib. Belə ki, sosial strukturla nəzəriyyəni birləşdirmək olduqca böyük intellekt tələb edir. Bu diqqətəlayiq məqamdır. Başqa sözlə, addım-addım narazı kütlənin inqilab yolu ilə müstəqillik əldə etməsini təsvir etmək üçün kifayət qədər dərin fikirlərə - fəlsəfəyə sahib olmaq lazımdır. Haynlayn yaxşı başa düşürdü ki, oxuculara hazır məhsul təqdim etmək lazımdır. Çünki başvermə məkanından asılı olmadan inqilab və müstəqillik yolu ilə əlaqədar mövzular strategiya deməkdir. Strategiya isə sınama-yanılma yöntəmi ilə hazırlana bilməz. Bu yol beyində hazır formaya düşməli, sonradan xarici dünyaya ixrac olunmalıdır. Haynlayn məhz bu aspektdə olduqca uğurlu nəticələr əldə edib ki, bu da onun çox böyük yazıçı statusuna mailk olduğunun sübutudur.
Texnologiya - Tez-tez "Mann mənim yeganə dostum" deyən Mayk adlı təkamül keçirmiş super kompüter əsərin ən əsas fiqurudur. Çünki onsuz nə inqilab gerçəkləşə bilərdi, nə də inqilabın ab-havası üçün zəruri şərtlər. Bu konteksdə Haynlayn bizi bir xeyli təəccübləndirir. Yazıçı bir çox yeni ideyalar və maraqlı nüanslara toxunur. Bu məqamlar gələcəyin kompüterləri haqqında maraqlı təsəvvürlərə yiyələnməyə imkan yaradır. Biz artıq bu gün bir çox super kompüterlərə rast gəlsək də, Mayk şəxsiyyətə sahib kompüterdir. Hətta özünüdər əlamətlərinə də rast gəlinir. Hər halda Mayk özü özlüyündə əsərin möhtəşəm hissəsidir.
Ədəbi vandalizm - Bəlkə də mən ilk dəfə idi ki, ədəbi vandalizmlə qarşılaşdım. Şerbakov adlı birisinin tərcüməsini oxuyaraq mən özümə qarşı böyük haqsızlıq etmiş olsam da, mən əvvəlcədən bu haqda heç nə bilmirdim. Robert Haynlaynın bu əsəri, sanki, Şerbakov tərəfindən zorakılığa məruz qalıb. "Tərcüməçi" əsəri orijinaldan o dərəcədə bərbad tərcümə edib ki, uğyun gəlməyən sözlər və ifadələr izafiliyindən ürəyim bulandı. Buna baxmayaraq, əsəri sona çatdıra bildim. Hər halda bundan sonra bir neçə tərcümə variantı olan əsərləri mütailə obyektinə çevirməzdən öncə araşdırmalarımda daha ehtiyatlı olmağa çalışacam.