Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Robert Ket, və ya Robert Kett (ing. Robert Kett, ö. 7 dekabr 1549, Norviç) — XVI əsrdə Orta İngiltərədə (Norfolk qraflığı) kəndli üsyanının rəhbəri.
Robert Ket | |
---|---|
Doğum tarixi | təq. 1492[1] |
Vəfat tarixi | 7 dekabr 1549 |
Vəfat səbəbi | asılma[d] |
Fəaliyyəti | üsyançı |
Vikianbarda əlaqəli mediafayllar |
1549-cu ildə çəpərləməyə qarşı İngiltərənin şərqində — Norfolk qraflığında xırda mülkədar Robert Ketin başçılığı ilə kəndli üsyanı başladı. Kəndlilər qraflığın paytaxtı Norviç şəhəri yaxınlığındakı meşədə məskən saldılar. Şəhərlilər də onlara qoşuldular. Üsyançılar Norviç şəhərini ələ keçirdilər. Kəndlilər 29 maddədən ibarət tələb hazırladılar. Onlar çəpərləmələrin dayandırılmasını, iri torpaq sahiblərinin icma örüşlərindən istifadə etmələrinin qadağan olunmasını və s. tələb edirdilər. Lakin kəndlilərin bu tələbi qəbul edilmədi. Üsyan məğlub oldu. Robert Ket edam olundu. Çəpərləmə davam etdi.