Çəpərləmə

Otlaqda çəpərləmə (enclosure)

Çəpərləmə (ing. enclosure, inclosure) — Avropada kapitalizmin ilkin inkişaf mərhələsində kəndli icmasına daxil olan torpaqların zorla ləğvi.

İngiltərədə

[redaktə | mənbəni redaktə et]

İngiltərədə torpaq sahibləri icmanın istifadə etmədiyi torpaqları qoyun otarmaq üçün çəpərlədilər. Torpaq sahibləri kəndlilər üzərində imtiyazlarından istifadə edirdilər. Kəndlilərin torpaqlarından zorakılıqla qovulması çəpərləmə adlanır. Qovulmuş kəndlilər öz əmlakmı, yəni əmək alətini, evini və torpağını itirirdi. Tomas Morun «Qoyunlar adamları yeyir» ifadəsi bu dövrdə yaranmışdı. XVI əsrdə İngiltərədə çəpərləmə nəticəsində torpağı və əmək aləti olmayan çoxlu azad adamlar meydana çıxdı. Onlar kapitalistlər üçün ucuz işçi qüvvəsi idi.

İngiltərədə zadəganlar iki qrupa bölünürdü. Birinci qrup zadəganlar təsərrüfatlarını köhnə qaydada aparır, kəndlilərdən töycü alır, artıq məhsulu bazarda satırdılar. İkinci qrupa daxil olan yeni zadəganlar təsərrüfatını yeni qaydada quran, muzdlu əməkdən istifadə edən torpaq sahibləri idi. İngiltərədə icarədarlar fermerlər idi. Fermerlər də muzdlu fəhlələrdən istifadə edirdilər.

XVI əsrdə çəpərləmə nəticəsində minlərlə kəndli torpaqdan, əmək alətindən, evindən məhrum oldu və işsiz qaldı. Onlar dilənçi və səfil həyat tərzi keçirməyə başladılar. Londonda yaşayan 200 min adamın 50 mini avara və dilənçi idi. XVI əsr ərzində İngiltərə kralları dəfələrlə çəpərləmələrin dayandırılması, kəndlilərin öz yerinə qaytarılması haqqında qanunlar verdi. Lakin çəpərləmələr davam edirdi. Hökumət avara və dilənçilərə qarşı qanunlar verdi. Bu qanunlar o qədər sərt idi ki, onları «qanlı qanunlar» adlandırırdılar. Avara adam birinci dəfə tutulanda bədənindən qan çıxana qədər döyürdülər. İkinci dəfə tutulanda onu qamçılayır və qulağının bir hissəsini kəsirdilər. Üçüncü dəfə ələ keçən avaranı ölüm cəzası gözləyirdi. Amansız qanlı qanun verməklə hökumət XVI əsrin birinci yarısında İngiltərədə var-yoxdan çıxmış kəndliləri aşağı muzdla işləməyə məcbur edirdilər. Bu dövrdə İngiltərədə səfil və dilənçi həyat tərzi keçirən 70 min adam asmışdılar. Bu yolla hökumət onları zorla muzdlu fəhləyə çevirirdi.

1549-cu ildə çəpərləməyə qarşı İngiltərənin şərqində — Norfolk qraflığında xırda mülkədar Robert Ketin başçılığı ilə kəndli üsyanı başladı. Kəndlilər qraflığın paytaxtı Norviç şəhəri yaxınlığındakı meşədə məskən saldılar. Şəhərlilər də onlara qoşuldular. Üsyançılar Norviç şəhərini ələ keçirdilər. Kəndlilər 29 maddədən ibarət tələb hazırladılar. Onlar çəpərləmələrin dayandırılmasını, iri torpaq sahiblərinin icma örüşlərindən istifadə etmələrinin qadağan olunmasını və s. tələb edirdilər. Lakin kəndlilərin bu tələbi qəbul edilmədi. Üsyan məğlub oldu. Robert Ket edam olundu. Çəpərləmə davam etdi.

Şotlandiyada ingilis çəpərləmələrinə bənzər hadisələr XVIII əsrin ikinci yarısında və XIX əsrin birinci yarısında baş vermişdir. Şotlandiya tarixçiliyində, onlar dağlıq və dağətəyi Şotlandiyanın "təmizlənmənsi" adlanırlar (müvafiq olaraq, Dağlıq sahələr və dağətəyi yerlərdə), çünki onlar əhalinin ölkənin dərinliklərindən sahilə qədər kütləvi şəkildə axmasına səbəb oldu. Boş dağ vadiləri, qoyunların yayılmasına görə klan başçılarına verildi, onların müştəriləri və kirayəçiləri sahilə köçürülür, balıq ovu və yosunları toplayaraq həyat qurdular. Çəpərləmədən sonra çoxlu sayda kasıb şotland, xaricdəki müstəmləkələrə, əsasən Kanada və Avstraliyaya köçməyə qərar verdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

İngilis dilində

[redaktə | mənbəni redaktə et]
  • Beckett, J. V. The Disappearance of the Cottager and the Squatter from the English Countryside: The Hammonds Revisited. // Holderness, B. A.; Turner, Michael (redaktorlar ). Land, Labour and Agriculture, 1700 1920. London: Hambledon Press. 1991.
  • Chambers, Jonathan D. "Enclosure and labour supply in the industrial revolution." Economic History Review 5.3 (1953): 319-343. in JSTOR
  • Dahlman, Carl J. The Open Field System and Beyond: A Property Rights Analysis of an Economic Institution. Cambridge University Press. 1980.
  • Everitt, Alan. Common Land // Thirsk, Joan (redaktor). The English Rural Landscape. Oxford University Press. 2000.
  • Gonner, E. C. K. Common Land and Inclosure. London: Macmillan & Co. 1912. [1]
  • Humphries, J. "Enclosures, commons rights, and women". Journal of Economic History. 50 (1). 1990: 17–42. doi:10.1017/s0022050700035701.
  • Thirsk, Joan. The Common Fields // Past and Present. 29 December 1964. 3&nbsp, 25.
  • James Boyle. 2008. The Public Domain: Enclosing the Commons of the Mind
  • Лавровский В. М. Парламентские огораживания общинных земель в Англии конца XVIII — начале XIX вв. — М.Л., 1940.
  • Лавровский В. М. Проблемы исследования земельной собственности в Англии в XVII—XVIII вв. — М., 1958.;
  • Семёнов В. Ф. Огораживания и крестьянские движения в Англии XVI в. — М.Л., 1949.
  • Экономические предпосылки английской революции // Хилл К. Английская революция. — М.: Издательство «Иностранная литература», 1947.