Robert Mantran

Robert Mantran (fr. Robert Mantran19 dekabr 1917[2][3][…], X arondisman[1]24 sentyabr 1999[2][3][…], Eks-an-Provans[d][1]) — fransız tarixiçisi, türkoloq, islamşünas, Osmanlı tarixi mütəxəssisi.

Robert Mantran
Doğum adı Robert Maurice Gilbert Mantran[1]
Doğum tarixi
Doğum yeri Paris, Fransa
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri Aix-en-Provence şəhəri, Fransa
Vətəndaşlığı Fransa Fransa
Milliyyəti fransız
Təhsili Sorbon Universiteti
Fəaliyyəti tarix, türkologiya, islamşünaslıq
Əsərlərinin dili fransızca
Janrlar monoqrafiya, problematik məqalə

Robert Mantran 1917-ci il yanvarın 19-da Parisdə anadan olmuşdur. Orta təhsilini Parisdəki Condercet Liseyində tamamlamışdır. Daha sonra Sorbon Universitetinin tarix və coğrafiya fakültəsini bitirmişdir.

1945-ci ildə École des Langues Orientales Vivantes məktəbindən də məzun olmuşdur.

Robert Mantran 1963-cü ildə Tunis və Şimali Afrikada Osmanlı İmperatorluğunun varlığına dair hazırladığı iş ilə Sorbon Universitetində doktorluq işini tamamlamışdır. Təhsil həyatı boyu Bizans tarixi, Osmanlı tarixi, İslam tarixi və türkologiya ilə yaxından maraqlanmışdır. Məşhur fransız türkoloqları olan Jean Deny və Jean Sauvagetdən dərs almışdır. Bizans tarixi ilə bağlı araşdırmalar aparan Robert Mantran şəxsi marağı və dərs aldığı müəllimlərinin tövsiyəsi sayəsində daha çox Osmanlı tarixi sahəsinə keçmiş və araşdırmalarını bu yöndə aparmışdır. Avropada II Dünya Müharibəsinin başlaması ilə 1939-cu ildə Mantran fransız qüvvələri tərəfində müharibəyə qoşulmuşdur. 1940-cı ildə müharibədəki uğurlarına görə bir medalla təltif edilmişdir. Alman faşist qüvvələri tərəfindən Fransanın işğalı ilə Milli Müqavimət hərəkatına qatılmış və ölkənin azad edilməsinə töhfə vermiş¬dir. Müharibədən sonra tarix sahəsindəki işlərinə davam etmək üçün əvvəlcə Dəməşq Fransız Araşdırmalar İnstitutuna getmişdir. Burada türkcə və Osmanlı türkcəsində yazılmış müxtəlif əsərləri fransızcaya çevirmişdir. Tərcümə etdiyi əsərlər “Les provinces syriennes” (Beyrouth-Damas 1951) adı ilə nəşr olunmuşdur. Daha sonra Dəməşqdən Beyruta və oradan İstanbula getmişdir. İstanbulda Mehmet Fuad Köprülü, Adnan Adıvar, Selim Nüzhet Gerçek, Sabri Esat Siyavuşgil, M.Tayyip Gökbilgin, Mehmet Cavit Baysun və Ömer Lütfi Barkan kimi önəmli türk alimləri ilə tanış olmuş, onlarla birlikdə çalışmışdır. Bu dostları içərisində xüsusilə Ömer Lütfi Barkan Robert Mantran üçün əhəmiyyətli bir bələdçi olmuşdur. Robert Mantran 1945-1947-ci illər arasında İstanbulda Fransız Anadolu Araşdırmaları İnstitutunda araşdırmaçı, daha sonra 1947-1952-ci illər arasında Qalatasaray Liseyində müəllim işləmişdir. Türkiyədən sonra Tunisə gedərək fəaliyyətini burada davam etdirmişdir. 1955-1961-ci illər arasında Tunis Universitetində aparılan islahat işlərində yaxından iştirak etmişdir. Universiteti modernləşdirərkən Ədəbiyyat fakültəsində və Ali Müəllimlər Məktəbində çalış-malarını davam etdirmiş və tələbələrə mühazirələr oxumuşdur. Bu səbəbdən Robert Mantran Tunis tarixçilərinin yetişdirilməsində mühüm rol oynamışdır. 1960-cı ildən sonra İslamla bağlı tədqiqatların mühüm bir mərkəzinə çevrilməyə başlayan Aix-en-Provenc universitetinə dəvət alındıqdan sonra Tunisdən ayrılan Robert Mantran Türk Dili və Sivilizasiyası kafedrasını yaratmış (1961) və Parisdən gələn dəvətləri rədd edərək təqaüdə çıxana qədər burada çalışmışdır (1985). O, Aix-Marseille Universitetinin Ədəbiyyat fakültəsində professor vəzifəsini tutmuş,1985-ci ildə eyni universitetin ordinaryus professoru seçilmişdir. Təqaüdə çıxdıqdan sonra Provence Universitetində mühazirələrini davam etdirmişdir. Eyni zamanda, YUNESKO-da məsləhətçi kimi fəaliyyət göstərən Robert Mantran Türkiyə Respublikasının Şərəf nişanı, Legion ordeni və Palmes Academiques nişanlarının sahibidir.

Robert Mantran 1999-cu ildə həyatının son dönəmində çalışdığı Aix-en-Provence şəhərində vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Robert Mantran, tarix sahəsində bir çox beynəlxalq elmi qurumun akademik və inzibati heyətində xidmət etmiş görkəmli tarixçi və türkoloqdur. Bununla birlikdə, O, 1992-ci ildə hazırlanmış və nəşr edilmiş “İslam Ensiklopediyası”nın ikinci cildinin elmi redaktoru olmuşdur. Robert Mantran elmi karyerası boyu ərəbcə kitabələr və tarixi sənədlər qədər türkcə yazılara və sənədlərə əhəmiyyət vermişdir. Araşdırmalarında ərəb və türk mənbələrini müqayisəli şəkildə elmi dövriyyəyə cəlb etmişdir. Onun elmi araşdırmalarına qədər qədər yalnız ərəb mənbələri nəzərdən keçirilmiş, türk mənbələrinə isə laqeydlik göstərilmişdir. Robert Mantran Övliya Çələbinin səyahətnaməni, Osman Nuri Erginin yazdığı “Mecelle-i Umur-ı Bələdiyyəsi” və Türkiyə, Fransa və Venesiya arxivlərində tapılan sənədləri, XVII yüzilin ikinci yarısında İstanbulun hüququ, iqtisadi ve sosial yapısını araşdırmaya cəlb etmişdir. Osmanlı və fransız mənbələri, habelə Venesiya qaynaqlarından istifadə edərək yazdığı 2 cildlik Osmanlı tarixi kitabını nəşr etdirmişdir. Onun bu sahədəki araşdırmaları 1970-ci ildən sonrakı dövrün tarixçiləri üçün bir örnək olmuş və tarixşünaslıq üçün zəmin yaratmışdır.

Türkiyə alimi, professor Server Tanilli Robert Mantranın fransızca yazdığı əsərləri türkcəyə çevirərək nəşr etdirmişdir.

  • Türk Tarix Qurumunun fəxri üzvü
  • Türkiyə Cümhuriyyətinin Şərəf nişanı
  • Fəxri Legion ordeni
  • Palmes Académiques ordeni
  • Les provinces syriennes (1951, Jean Sauvaget ile birlikte; Osmanlı Mali Kanunnameleri. Suriye Vilayetleri)
  • Turquie (1955; Türkiye)
  • Trésors de la Turquie (1959; Michel de Saint-Pierre ile birlikte; Türkiye'nin Hazineleri)
  • Istanbul dans la seconde moitié du XVIIe siècle. Essai d'histoire institutionnelle, économique et sociale (1962; 17. Yüzyılın İkinci Yarısında İstanbul, 2 cilt, 1986)
  • La vie quotidienne à Constantinople au temps de Soliman le Magnifique et de ses successeurs (1965; 16. ve 17. Yüzyılda İstanbul'da Gündelik Yaşam, 1991)
  • Les Régimes politiques des pays arabes (1968; Arap Ülkelerinin Siyasal Rejimleri)
  • L'Expansion musulmane. VIIe-XIe siècles (1969)
  • L'Eurasie, XIe-XIIIe siècles (1982, Georges Duby ile birlikte; Avrasya, 11-13. Yüzyıllar)
  • L'Empire ottoman, du XVIe au XVIIIe siècle. Administration, économie, société (1984; 16 ve 18. Yüzyıllarda Osmanlı İmparatorluğu )
  • Histoire d'Istanbul (İstanbul Tarihi, 2001)
  • Zeki Arıkan. "MANTRAN, Robert". TDV İslam Ansiklopedisi. 13 Şubat 2020 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 5 Eylül 2020.
  • "Nurdan Bernard, Yatırım Daveti, Sabah gazetesi 21.02.1998". 5 Mart 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 2 Eylül 2015.
  • https://www.iskultur.com.tr. "Robert Mantran". Türkiye İş Bankası Kültür Yayınları. 19 Kasım 2017 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 7 Eylül 2020.
  • "Osmanlı İmparatorluğu Tarihi Cilt 1". Mantran: Fransız tarihçi ve Türkolog, İslam ve Osmanlı tarihi uzmanı. Good Reads. 8 Ekim 2020 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 6 Eylül 2020.
  • "Robert Mantran". Robert Mantran (d. 19 Ocak 1917, Paris, Fransa - ö. 24 Eylül 1999), Fransız tarihçi ve Türkolog, İslam ve Osmanlı tarihi uzmanı. İstanbul kent örgütlenmesi ve yaşamı, Arap dünyası, Mısır ve Tunus gibi konularda, doğrudan Osmanlı kaynaklarını kullanarak gerçekleştirdiği çalışmalarında, siyasal-kurumsal tarihten farklı olarak toplumsal ve ekonomik tarih yaklaşımına yönelişin öncü örneklerini vermesiyle tanınır. Türkçe Bilgi. 8 Ekim 2020 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 6 Eylül 2020.
  • "Türk Tarih Kurumu Kütüphanesi (1.7.7.1934)". kutuphane.ttk.gov.tr. 8 Ekim 2020 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 7 Eylül 2020.
  • DEGUILHEM, RANDI (2000). "IN MEMORIAM: Robert Mantran (1917-1999)". Turkish Studies Association Bulletin. 24 (2): 131-133. ISSN 0275-6048.
  1. 1 2 3 Fichier des personnes décédées mirror.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Robert Mantran // AlKindi.