Robert Qrabbs

Robert Qrabbs - (ing. Robert Howard Grubbs, 27 fevral 1942[1][2][…]19 dekabr 2021[3]) - Amerikalı kimyaçı olub, “Üzvi sintezdə metatezis metodunun inkişafına verdiyi töhfəyə görə”[4] 2005-ci ildə Kimya üzrə Nobel Mükafatı laureatına (Riçard Şrok və İv Şoven ilə bərabər almışdır) layiq görülmüşdür.

ABŞ Milli Elmlər Akademiyasının (1989-cu ildən)[5] və Mühəndislik Akademiyasının (2015-ci ildən) üzvü, Çin Elmlər Akademiyasının (2015-ci ildən) və London Kral Cəmiyyətinin (2017-ci ildən) isə xarici üzvüdür.[6]

Robert Qrabbs 27 fevral 1942-ci ildə Kentukki ştatında Kalvert Siti və Possum Trot arasında yerləşən kənd icması olan Hovards Qrouvda anadan olmuşdur.[7] Təsərrüfatdakı ferma həyatı onun maşınqayırma və tikintiyə olan marağını artırmış və bu da öz növbəsində onun sintetik kimyaçı kimi gələcək karyerasına yol açmışdır. Florida Universitetində professor Merle Battistanın rəhbərliyi altında oxuyarkən R.Qrabbs reaksiya mexanizmlərini öyrənməyə maraq göstərir.

R.Qrabbs 1963-cü ildə kimya üzrə bakalavr, 1965-ci ildə isə Florida Universitetində magistr dərəcəsi almışdır. R.Qrabbs 1968-ci ildə Kolumbiya Universitetində professor Ronald Breslounun rəhbərliyi altında reaktiv antiaromatik birləşmələrin kompleksləşmə yolu ilə stabilləşdirilməsinə dair tədqiqatlarına görə fəlsəfə doktoru dərəcəsini almışdır. Bütün karyerası boyunca R.Qrabbs orqanometal kimyasının inkişafına mühüm töhfələr vermişdir.

R.Breslovun laboratoriyasında siklobutadien dəmir kompleksləri üzərində aparılan tədqiqatlar Qrabbsın Stenford Universitetində metal orqanik dəmir birləşmələri sahəsində görkəmli alim olan professor Ceyms Kolmanın rəhbərliyi altında gələcək akademik işlərini davam etdirmək qərarına böyük təsir göstərmişdir.

C.Kollmanın rəhbərliyi altında Milli Sağlamlıq İnstitutlarında (1968-1969 illərdə) qısa bir fəaliyyətdən sonra R.Qrabbs Miçiqan Universitetində dərs deməyə başlamışdır. Onun tədqiqatları metal katalizli metatezis reaksiyalarına yönəlmişdir. R.Qrabbs əvvəlcə bu reaksiyanın mexanizminin incəlikləri ilə maraqlanmış, sonradan prosesi təkmilləşdirməyə və tətbiqini genişləndirməyə çalışmışdır. 1978-ci ildə Kaliforniya Texnologiya İnstitutunun əməkdaşı olmuşdur.

R.Qrabbsın orqanometal kimyası və sintezi üzrə tədqiqatlarının əsas obyektləri katalizatorlar və xüsusilə, olefin metatezisində istifadə edilən Qrabbs katalizatorları idi. Qrabbs “canlı” polimerləşmənin öyrənilməsinə də mühüm töhfələr vermişdir.

2016-cı ildə Robert Qrabbs Nobel mükafatçılarından Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərlə (GMO) mübarizəni dayandırmağa çağıran açıq məktubu imzalamışdır.[8][9][10]

Robert Qrabbs 19 dekabr 2021-ci ildə xərçəng müalicəsi ilə bağlı fəsadlar nəticəsində infarkt keçirdərək Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında ölmüşdür.[11]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

R.Qrabbs tərəfindən təklif olunan olefin metatezisi mexanizmi əvvəlcə əlaqə dəyişikliklərini göstərən nöqtəli xətləri olan bir metal ətrafında düzülmüş alkenlərdən dörd CRR' qrupu ilə qeyri-müəyyən bir ara məhsulu əhatə edirdi.[12] Volfram katalizatoru ilə deyterium etiketli alkenlərdən istifadə edilən təcrübələr göstərdi ki, M=CRR' qrupları və metallosikllər olefin metatezis reaksiyasında ehtimal aralıq məhsullardır.

1978-ci ildə R.Qrabbsın Con Berkovun proqramı ilə birlikdə Kaliforniya Texnologiya İnstitutuna köçməsi orada metal orqanik kimya mərkəzini kimi yaratmışdır. Bu dövrdə metatezis reaksiyalarında katalitik aktivliyə malik M=CRR' birləşmələri hələ təcrid olunmamışdı. Bununla belə, Qrabbs qrupu 4-dimetilaminopiridinlə aktivləşdirildikdə metatezis fəaliyyəti göstərən titan metalosen kompleksi olan Tebbe reagentindən istifadə edərək əldə edilmiş izobutilen halqasını təcrid edib və xarakterizə edə bilmişdir. Qrabbs, Tebbe reagentinin karbonil birləşmələrini alkenlərə çevirmək qabiliyyətindən çoxsaylı təcrübələrdə istifadə edərək, fosfor ilidlərindən istifadə edərək alkenlərin hazırlanmasının ənənəvi üsulu olan Vittinq reaksiyası ilə müqayisədə tətbiqinin çoxşaxəliliyini nümayiş etdirmişdir.

R.Qrabbsın polimerlərə olan marağı onda polimer əsaslı orqanometalik katalizatorları tədqiq etməyə maraq yaratmışdır. Tədqiqatları zamanı Qrabbs nümayiş etdirdi ki, onun metallosiklləri gərgin siklik alken olan norbornenin canlı polimerləşməsinə səbəb olur. Metallosikllərdən istifadə edən Qrabbs metodu canlı polimerləşmə tədqiqatlarının, xüsusən də siklik olefin açılış metatezis polimerləşməsindən (ROMP) istifadə edərək keçirici polimerlərin sintezində yeni imkanlar açmışdır.

Metatezis fəaliyyəti ilə gec keçid metal birləşmələri əsasında katalizatorları təcrid etmək cəhdləri hələ 1980-ci ildə başlamışdır. Rutenium (III) xlorid ROMP reaksiyalarında yüksək aktivlik nümayiş etdirmişdir. 1995-ci ildə R.Qrabbs ilk nəsil Qrabbs katalizatorunu təqdim etmiş, rutenium (II) xlorid ilə 3,3-difenilsiklopropen[13] ilə reaksiya verərək hazırlanmışdır. Sonrakı 25 il ərzində Qrabbs müxtəlif seçicilik və suda həllolma qabiliyyəti olan müxtəlif aktiv rutenium katalizatorları hazırlamışdır. Birinci, ikinci və üçüncü nəsil katalizatorlar, həmçinin Əmir Hoveydanın qrupu tərəfindən hazırlanmış daha stabil katalizatorlar geniş istifadəsini tapmışdır. Robert Qrabbsın olefin metatezisi ilə bağlı tədqiqatı polimer sintezində və sənaye tətbiqlərində əhəmiyyətli irəliləyişlərə səbəb olmuşdur.[14] Onun katalizatorları tərkibində peptidlər, karbohidratlar və nuklein turşuları olan polimerlərin yaradılmasına imkan verdi ki, bu da polimerlərin bioloji məqsədlər üçün istifadəsini genişləndirmişdir.

Metatezisdən başqa, həmçinin R.Qrabbs reaksiyasının aparılması üçün son dərəcə təkmilləşdirilmiş anti-Markovnikov Vaker prosesi [15] və terminal alkenləri ilkin spirtlərə çevirən oksidləşdirici reduksiya üçün yeni şərtlər hazırlamış[16] və kataraktların müalicəsi üçün sintetik polimerlərin yaradılması kimi innovativ tədqiqatlarla məşğul olmuşdur.[17]

Kolumbiya Universitetində oxuyarkən R.Qrabbs ibtidai məktəbdə loqoped işləyən Helen O'Keyn ilə tanış olmuş və onunla da ailə həyatı qurmuşdur. Bu nigahdan üç övladı dünyaya gəlib: Barni (1972-ci il təvəllüdlü), Brendan H. (1974-cü il təvəllüdlü) və Ketlin (Kati) (1977-ci il təvəllüdlü).[18]

Mükafatları və fəxri fərmanları

[redaktə | mənbəni redaktə et]
  • Naqoya Qızıl Medalı  (1997-ci il)
  • Edqar Faş Smit Mühazirəsi, Pensilvaniya Universiteti (1998-ci il)
  • Kimya üzrə Benjamin Franklin medalı (2000-ci il)
  • Sintetik Metodlarda Yaradıcı Tədqiqat üçün ACS Herbert C. Brovn Mükafatı (2001-ci il)
  • Artur Kompton Mükafatı (2002-ci il)
  • Tolman medalı  (2002-ci il)
  • Tetrahedron Mükafatı (2003-cü il)
  • Yüzillik Mükafat (2004-cü il)
  • Bristol-Myers Squibb Mükafatı  (2004-cü il)
  • Kimya üzrə Nobel mükafatı (2005ci il, Riçard Şrok və İv Şoven ilə bərabər)
  • Paul Karrer Qızıl Medalı  (2005-ci il)
  • Amerika Kimyaçılar İnstitutunun Qızıl Medalı (2010-cu il)
  • Florida İxtiraçılarının Şöhrət Zalına daxil edilmişdir (2015-ci il)
  • İra Remsen Mükafatı (2017-ci il)[19]
  1. Robert H. Grubbs // Encyclopædia Britannica (ing.).
  2. Robert H. Grubbs // Brockhauz Ensiklopediyası (alm.).
  3. Caltech Mourns the Loss of Nobel Laureate Robert H. Grubbs. Kaliforniya Texnologiya İnstitutu, 2021.
  4. The Nobel Prize in Chemistry 2005 (англ.). Дата обращения: 8 октября 2009. Архивировано 22 августа 2011 года.
  5. Robert H. Grubbs Архивная копия от 22 февраля 2019 на Wayback Machine (англ.)
  6. Robert Grubbs Архивная копия от 14 ноября 2018 на Wayback Machine (англ.)
  7. Robert H. Grubbs — Autobiography. Дата обращения: 10 октября 2012. Архивировано 20 октября 2012 года.
  8. 107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs. Дата обращения: 6 ноября 2016. Архивировано 29 июня 2016 года.
  9. Laureates Letter Supporting Precision Agriculture (GMOs). Дата обращения: 6 ноября 2016. Архивировано 7 июля 2016 года.
  10. Список нобелевских лауреатов подписавших письмо. Дата обращения: 6 ноября 2016. Архивировано 2 сентября 2017 года.
  11. Obituary. Дата обращения: 20 декабря 2021. Архивировано 20 декабря 2021 года.
  12. Biographical Memoirs Home. www.nasonline.org. Дата обращения: 20 ноября 2023. Архивировано 20 ноября 2023 года.
  13. SonBinh T. Nguyen, Lynda K. Johnson, Robert H. Grubbs, Joseph W. Ziller. Ring-opening metathesis polymerization (ROMP) of norbornene by a Group VIII carbene complex in protic media // Journal of the American Chemical Society. — 1992-05. — Т. 114, вып. 10. — С. 3974–3975. — ISSN 0002-7863. — doi:10.1021/ja00036a053.
  14. Christopher W. Bielawski, Diego Benitez, Robert H. Grubbs. An "Endless" Route to Cyclic Polymers // Science. — 2002-09-20. — Т. 297, вып. 5589. — С. 2041–2044. — ISSN 0036-8075. — doi:10.1126/science.1075401.
  15. Zachary K. Wickens, Bill Morandi, Robert H. Grubbs. Aldehyde‐Selective Wacker‐Type Oxidation of Unbiased Alkenes Enabled by a Nitrite Co‐Catalyst // Angewandte Chemie International Edition. — 2013-09-13. — Т. 52, вып. 43. — С. 11257–11260. — ISSN 1433-7851. — doi:10.1002/anie.201306756.
  16. Jianchun Wang, Tao Cheng, Aidan Q. Fenwick, Turki N. Baroud, Alonso Rosas-Hernández, Jeong Hoon Ko, Quan Gan, William A. Goddard III, Robert H. Grubbs. Selective CO2 Electrochemical Reduction Enabled by a Tricomponent Copolymer Modifier on a Copper Surface // Journal of the American Chemical Society. — 2021-02-11. — Т. 143, вып. 7. — С. 2857–2865. — ISSN 0002-7863. — doi:10.1021/jacs.0c12478
  17. Guangbin Dong, Peili Teo, Zachary K. Wickens, Robert H. Grubbs. Primary Alcohols from Terminal Olefins: Formal Anti-Markovnikov Hydration via Triple Relay Catalysis // Science. — 2011-09-16. — Т. 333, вып. 6049. — С. 1609–1612. — ISSN 0036-8075. — doi:10.1126/science.1208685.
  18. Robert H. Grubbs — Autobiography. Дата обращения: 8 октября 2009. Архивировано 19 февраля 2007 года.
  19. "Arxivlənmiş surət". 2024-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-06.