Robert Qrin

Robert Qrin (11 iyul 1558[1], Noric3 sentyabr 1592[1][2][…], London) — ingilis dramaturqu və şairi.

Robert Qrin
ing. Robert Greene
Doğum tarixi 11 iyul 1558[1]
Doğum yeri
Vəfat tarixi 3 sentyabr 1592(1592-09-03)[1][2][…] (34 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti dramaturq, yazıçı, şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Robert Qrin Kembricdə və Oksfordda təhsil almış, incəsənət magistri dərəcəsinə yiyələnmişdir. Locun dostu olmuşdur. R.Qrin Avropanın bir çox ölkələrinə səyahət etmiş, dilənçi kimi dünyasını dəyişmiş, bir yazıçı kimi öz qələmini müxtəlif janrlarda sınamışdır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Nəsr əsərləri içərisində ən maraqlıları Con Lilinin "Evfues" romanına nəzirə kimi və müəyyən mənada onun davamı olan "Evfues Filavtın məzəmməti" əsərini yazmış, bundan başqa o, "Pandosto. Zamanın zəfəri" romanını, "Heç vaxt gec deyil" və "Milyon tövbə hesabına alınmış qəpik quruşluq ağıl" pamfletlərini də qələmə almışdır. Bu əsərində R.Qrin qəzəblə Vilyam Şekspirə hücum edir, onu başqalarının lələkləri ilə bəzənmiş bambılı qarğa adlandırır. Qrinin səkkiz pyesi ölümündən sonra nəşr edilmişdir. Bunlardan ən məşhurları "Sərsəm Roland", "Rahib Bekon və rahib Bonqanın son dərəcə ləyaqətli tarixi", "Kral IV Ceymsin şotland tarixi" və "Vekfild səhra qoruqçusu Corc Qrin haqqında komediya" əsərlərini göstərmək olar. R.Qrin çox məhsuldar yazıçı olmuşdur. O özünün yeni ədəbi janrını — "məhəbbət pamfletləri" janrını təklif etmişdir. Bu janr əsas etibarilə çox da böyük olmayan povestlərdən ibarət idi. Qrinin povest-pamfletləri öz dövründə çox populyar olmuş, oxucular tərəfindən maraqla qarşılanmışdı. Vilyam Şekspir onun "Pandos to" povesti əsasında "Qış nağılı" pyesini yazmışdır. Bəzən R.Qrinin "pamfletləri" öz adına uyğun olaraq publisistik səciyyə daşıyırdı, günün aktual problemlərinə həsr olunurdu. Bunlardan "Oğru pamfletləri" (1591–1592) və "Məxmər və kətan şalvarın mübahisəsi"(1592) əsərlərini göstərmək olar. "Şalvarların mübahisəsi" alleqorik əsərində R.Qrin təzə-təzə çiçəklənməyə başlayan yarızadəgan, yarıburjua təbəqəsinə soxulan "bambili" Qabriel Harveyin dərsini vermişdir. Məxsus olduğu təbəqəsinə, istedadına və ruhuna görə zadəgan olan R.Qrin, təbəqələşmədə ədəbiyyat sahəsində olan "bambili"-lara qarşı mübarizə aparmağı özünə borc bilmişdir. Belə ki, "Milyon tövbə qiymətinə alınmış sağlam düşüncə dənəciyi" (1592) adlı pamfletində o, gözlənilmədən aktyor təbəqəsindən çıxmış va dramaturgiyanın ətəyinə sığınmış- aktyor dərisinə bürünmüş, şir ürəyinə malik olan, bizim lələklərimizlə bəzənmiş qarğanı, bizim ölkədə səhnəni silkələyəcəyini (Shake Scene) düşünən növbəti bir bambilini ifşa etmişdir. Bu bambili onun fikrincə Nizəsini Silkələyən Şekspir (Shakespeare) idi. O, səhnəyə xalq balladalarına əsaslanan ingilis xalq teatrının ruhunu gətirmişdir. Bu, xüsusilə onun "Vekfild səhra qoruqçusu Corc Qrin haqqında komediya" əsərində aydın şəkildə görünməkdədir. Bu əsərin qəhrəmanı bir qədər kobud və cazibədar yomen Yaşıl Corcdur. O, yaşıl rəngli gödəkçə geyindiyinə görə belə adlanır (Robin Hudun özü və igidləri yaşıl dəridən gödəkcə geyinirdilər), yaşıl sözü həm də müəllifin adına uyğundur (green). Bu əsərdə deyilir ki, Vekfild ətrafında vəzifə borcunu yerinə yetirən Yaşıl Corc, XIV əsrdə baş vermiş ingilis-şotland müharibəsinin həlledici hadisələrindən birinin iştirakçısı olur. O, şotland ordusunun qalıqlarını və kral Şotlandiyalı Aleksandrı bir talaya sıxışdırır va şotlandlar burada III Eduardın əsiri olurlar. Şəhər ağsaqqalanın Vekfildi şotlandlara və krala xəyanət etmiş, satqın və üsyankar lordlara təhvil verməyə hazır olduqları zaman sadə gənc Yaşıl Corc şəhəri xilas edir, düşmənlər və lovğa lordlar üzərində qələbə qazanır. Kral Eduard Corca cangavər adı vermək istədikdə isə bu cəsur sadə adam bundan imtina edir: o, yomen, azad kəndli olaraq şəhər tarlalarını və öz sevgilisini qorumağa üstünlük verir. Onun sevgilisi Robin Hud balladalarında olan Merianı xatırladır. Qrinin başqa bir əsəri isə "Rahib Bekon və rahib Bonqanın son dərəcə ləyaqətli tarixi" adlanır. Bu əsərdə ingilis sehrbazları, falçıları təsvir olunmuşdur. Bu əsərin qəhrəmanının prototipi çox güman ki, müəllifin müasiri Frensis Bekon deyil, XIII əsrdə yaşamış Orta əsrlər filosofu Rocer Bekondur. O, görkəmli filosof, alim olmaqla yanaşı K.Marlonun qəhrəmanı Faust kimi öz sehrbazlıq möcüzələri ilə məşhur olmuşdur.[3]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Robert Greene // Encyclopædia Britannica (ing.).
  3. Cəlil Nağıyev. Qərbi Avropa Ədəbiyyatı. 2019.