Con Lili (1554[1], Kent qraflığı – 18 noyabr 1606[2], London) — ingilis bədii nəsrinin və dramaturgiyasının görkəmli nümayəndələrindən və Şekspirin sələflərindən biri olmuşdur.
Con Lili | |
---|---|
ing. John Lyly | |
Doğum tarixi | 1554[1] |
Doğum yeri | |
Vəfat tarixi | 18 noyabr 1606[2] |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | dramaturq, yazıçı, romançı, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
O, "Universitet"(humanitar biliklər) yazıçıları qrupuna daxil olan "alim" dramaturq idi.
Con Lilinin yaradıcılığının tədqiqatçısı R.Uorrik Bond onun haqqından yazır: "O, kəskin üslub hissəsinə malik idi, o, ilk dəfə olaraq ingilislərə başa saldı ki, nəsr-sənətdir. O, birinci ingilis romançısı idi". Con Lilinin qəhrəmanları və təsvir etdiyi şərait şərtidir. C.Lili əsasən saray səhnəsi üçün nəzərdə tutulmuş pastoral və mifoloji süjetli komediyalar və romanlar yazmışdır. Onun belə əsərlərindən "Kampaspa", "Safo və Faun", "Endimion", "Midas", "Bombi ana", "Qalateya", "Ayda qadın" kimi dramlarını göstərmək olar.
Komediyanın mərkəzində İsgəndər obrazı durur. Dünyanın yarısına hökmranlıq edən Makedoniyalı İsgəndər artıq hərbi yürüşləri dayandırmaq, öz sarayına məşhur filosofları toplamaq qərarına gəlir. O, saraya filosofları, o cümlədən, Aristoteli və Platonu dəvət edir. Aristotel Makedoniyalı İsgəndərin elmdə də böyük güc sahibi olması və bu sahədə Allahlara bənzəmək istəməsi fikrini bəyənir və onu müdafiə edir. Diogen İsgəndərin dəvətini qəbul etmir. İsgəndər Diogenin yanına gəlir və görüşdən sonra İsgəndərdə də onun kimi insani ləyaqətə malik olmaq arzusu yaranır. Fivi fəth edəndən sonra İsgəndər əsirlərə baş çəkən zaman iki gözəl qıza rast gəlir. Timokleya İsgəndərə qarşı vuruşan döyüşçünün bacısı, Kampaspa isə İsgəndərin əsirlərindən biri idi. Kampaspanın təmkini, zahiri və batini gözəlliyini nümayiş etdirərək ləyaqəylə dayanması İsgəndəri valeh edir və rəssama onun portretini çəkmək sifarişini verir. Portretdə Kampaspa Venera şəklində təsvir olunmalıdır. Hefestion İsgəndərə xəbərdarlıq edir ki, Kampaspa onu sevməyə bilər. Kampaspa onun şəklini çəkən rəssama aşiq olur və son səhnədə aşiqlər öz hislərini açıq şəkildə bildirirlər. İsgəndər də yüksək iradə nümayiş etdirib xoşbəxt olmaları üçün bu gənclərə xeyir-dua verir. Faciəvi komediya (janr)nin digər qəhrəmanı rəssam Apellesdir. O, İsgəndərin əsiri olub. Tarixçi Plinin də qeyd etdiyi kimi Apelles(e.ə 370-306), həqiqətən, o dövrdə yaşamış, sonralar adı əfsanələşmiş istedadlı yunan rəssamı olmuşdur. O, Pamfilin şagirdi olmuş və yeganə rəssam idi ki, ona Makedoniyalı İsgəndərin şəklini çəkmək icazəsi verilmişdir. Lilinin pyesində Kampaspanın portreti üzərində işləyən Apelles İntibah dövrü üçün aktual olan incəsənətin məqsədləri və prinsipləri haqqında düşüncələrə dalır. Apelles deyir ki, onda olan rənglər kimi təmiz və təzə rənglər çətin ki, tapıla.[3]