Robert Uillner (ing. Robert Willner ; 21 iyun 1929, Nyu York - 15 aprel 1995 ) HİV-in inkar edilməsində rolu ilə tanınan Florida həkimi idi.
Robert Uillner | |
---|---|
ing. Robert Willner | |
Doğum tarixi | 21 iyun 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 15 aprel 1995 (65 yaşında) |
Elm sahəsi | tibb |
"Ölümcül yalan" kitabında (ing. Deadly Deception: the Proof That Sex And HIV Absolutely Do Not Cause AIDS ) HİV və QİÇS arasında əlaqəyə dair öz nöqteyi-nəzərini təsvir etmişdir.[1] Onun tibbi lisenziyası 1990-cı ildə QİÇS xəstələrini ozon terapiyası ilə müalicə etdiyi üçün ləğv edildi. Onun fikrincə, QİÇS-ə zəif qidalanma, narkotiklər və ən əsası tanınmış antiretrovirus preparat zidovudin səbəb olur ki, bu preparat HİV-in müalicəsində əsas dərman kimi tətbiq edilir.
28 oktyabr 1994-cü ildə Şimali Karolina ştatındakı oteldə keçirilən mətbuat konfransında Uillner HİV-ə yoluxmuş bir xəstədən götürüldüyünü qeyd etdiyi qanı barmağını sancdı.[2] O, bu yolla insanların onun yalan hesab etdiyi HİV-in mövcudluğuna inanmalarına son qoymaq istəyirdi.
Uillner QİÇS-in inkarçısı olmaqla yanaşı, amigdalin, xelatlar və qlioksilidin istifadəsi ilə xərçəng müalicəsinə qeyri-ənənəvi yanaşmaları ilə də tanınır. 1995-ci ildə Uillner iddia edirdi ki, pəhriz, həyat tərzi dəyişiklikləri, sanitariya ilə bütün xəstəliklərin qarşısını almaq mümkündür.[3]
Uillner 15 aprel 1995-ci ildə ürək tutmasından, yəni infarktdan vəfat edib.[4]