Robinia neomexicana (lat. Robinia neomexicana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yalançı akasiya cinsinə aid bitki növü.
Yeni Meksika akasiyası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Yeni Meksika akasiyası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Yabanı halda Şimali Amerikanın cənubunda yayılmışdır.
3–6 m hündürlükdə olan koldur. Yarpaqları qısa, göyümtül, 7–9 sm uzunluğunda, 3–4 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 16–25 mm uzunluğunda, 10–15 mm enində, tərs-yumurtavari və ya ellipsvaridir. Ucu kütdür. May-iyun aylarında çiçəkləyir. Hər bir salxımda 4–7 ədəd çiçək yerləşir. Kasacıqları borucuqvaridir. Dişicikləri enli, üçbucaq şəklindədir. Tacı sarı, uzunluğu 20–23 mm-ə qədər, kürəkləri qayıqcıqdan xeyli uzundur. Yumurtalığı çılpaqdır. Paxla saplaqlı, şişkin, şəffaf, çoxtoxumludur. Paxlaların uzunluğu 5–6 sm, eni 2–2,5 sm-ə qədər, üzəri çılpaq olub, uc hissəsi qatlanan, yetişən zaman açılmır. İyul-avqust aylarında yetişir. Toxumla asanlıqla çoxalır.
İşıqsevən, quraqlığa və şaxtayadavamlıdır. Ətraf mühitin əlverişsiz amillərinə və davamlığına görə ağ akasiyaya oxşayır.
Mərkəzi Nəbatat bağında və Dendrologiya Institutunun təcrübə sahəsində intro-duksiya edilmişdir. Abşeron, Mərdəkan, Zaqatala, Balakən və Gəncədə park-bağlarda təsadüf edilir.
Park və bağlarda əkmək üçün qiymətlidir. Aran rayonlarda suvarma tələb edir. Bol çiçək açır və meyvə verdiyi üçün respublikamızda bir çox rayonlarda yaşıllaşdırmada istifadəsi məqsədyönlüdür.