Ser Rocer Corc Mur (ing. Sir Roger George Moore[3]; 14 oktyabr 1927[4][5][…], Stokuell, London qraflığı[d][6] – 23 may 2017[7][5][…]) — Britaniyalı kinoaktyor, ssenarist və prodüser. Əsasən Ceyms Bond rolu ilə məşhurlaşmışdır.
Rocer Mur | |
---|---|
ing. Roger Moore | |
Doğum adı | Rocer Corc Mur |
Doğum tarixi | |
Doğum yeri | Lambet, Böyük London, İngiltərə, Birləşmiş Krallıq |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | Kran-Montana, İsveçrə |
Vəfat səbəbi | xərçəng xəstəliyi[1] |
Dəfn yeri |
|
Vətəndaşlığı | Birləşmiş Krallıq |
Atası | Corc Mur |
Anası | Lilian Mur |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1945 — 2017 |
Təhsili | |
Mükafatları |
Britaniya İmperiyası Ordeni |
IMDb | ID0000549 |
roger-moore.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Rocer Mur 14 oktyabr 1927-ci ildə London yaxınlığındakı Stokuelldə (Stocwell) anadan olub. Atası Corc Mur polis, anası Lilian Mur evdar qadın olub.
Rocer 18 yaşında ikən milli orduya gedib və kapitan rütbəsinə qədər qalxıb. Hərbi xidmətini başa vurduqdan sonra Dramatik İncəsənət Kral Akademiyasında (ing. Royal Academy of Dramatic Art (RADA)) oxuyub.
Rocer Mur daha çox Ceyms Bond haqqında lentə alınan filmlərin qəhrəmanı kimi tanınmışdır. Aktyor "Yaşa və ölməyə imkan ver" (Live and Let Die, 1973)[8], "Qızıl tapançalı adam " (The Man with the Golden Gun, 1974)[9], "Məni sevən casus" ("The Spy Who Loved Me, 1977)[10], "Ay yarışçısı" (Moonraker, 1979)[11], "Ancaq sənin gözlərin üçün" (For Your Eyes Only, 1981)[12], "Səkkizayaqlı ilbiz" (Octopussy,1983)[13] və "Öldürməyə baxış" (A View to a Kill,1985)[14] filmlərində 007 nömrəli agent rolunu oynayıb.
Rocer Mur 23 may 2017-ci ildə 89 yaşında vəfat edib.[15]
İl | Film | Orijinal adı | Afişa | Rol | Qeydlər |
---|---|---|---|---|---|
1945 | Sezar və Kleopatra | Caesar and Cleopatra | Roma əsgəri | ||
1954 | Parisi son dəfə gördüm[17] | The Last Time I Saw Paris | Paul | ||
1955 | Alfred Hiçkok təqdim edir | Alfred Hitchcock Presents | inspektor Benson | ||
1956 | Diana | Diane | Prins Henri | ||
1961 | Yeddi müqəddəsin qızılı | Gold of the Seven Saints | Romul | ||
1961 | Romul və sabinlər | Romulus and the Sabines | Şaunn | ||
1970 | Özünü təqib edən adam | The Man Who Haunted Himself | Harold Pelham | ||
1973 | Yaşa və ölməyə imkan ver | Live and Let Die | Ceyms Bond | ||
1974 | Qızıl | Gold | Rod Sleyter | ||
1974 | Qızıl tapançalı adam | The Man with the Golden Gun | Ceyms Bond | ||
1976 | Küçə adamları | Street People | Ulisses | ||
1976 | Şerlok Holms Nyu-Yorkda | Sherlock Holmes in New York | Şerlok Holms | ||
1977 | Məni sevən casus | The Spy Who Loved Me | Ceyms Bond | ||
1978 | Vəhşi qazlar | The Wild Geese | Leytenant Şaun Fayn | ||
1985 | Öldürməyə baxış | View to a Kill | Ceyms Bond | ||
1996 | Macəra axtarışında | The Quest | Lord Edqar Dobbs |