Roderik Makkinon

Roderik Makkinon- Doğulub 19 fevral 1956 il, Berlinqton, Massaçusets, ABŞ) [4]. — amerikalı biokimyaçı və kristalloqraf, "Hüceyrə membranlarındakı kanallarla əlaqəli kəşflərinə görə ion kanallarının strukturu və mexanizmi ilə əlaqədar tədqiqatlarına görə" kimya üzrə Nobel mükafatı laureatı.(2003 ildə)

Roderik Makkinon
ing. Roderick MacKinnon
Doğum tarixi 19 fevral 1956(1956-02-19)[1][2][…] (68 yaş)
Elm sahəsi biokimya
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ABŞ Milli Elmlər Akademiyasının üzvü (2000 il) [5].

Roderik Makkinon 19 fevral 1956-cı ildə Berlinqtonda (Massaçusets, ABŞ) anadan olub. O, əvvəlcə Bostondakı Massaçusets Universitetinə daxil oldu, lakin bir il sonra elmin daha dərindən öyrənilməsi üçün Brandeys Universitetinə keçdi və burada Kristofer Millerin laboratoriyasında kalsiumun hüceyrə membranları vasitəsilə daşınmasını öyrəndi. 1978-ci ildə Roderik Makkinon Brandays Unuversitetində biokimya üzrə bakalavr dərəcəsi aldı və Tafts Universitetində tibb fakültəsinə daxil oldu. 1982-ci ildə tibb elmi dərəcəsini alsa da, həkimlik işindən narazı qaldı. 1986-cı ildə R.Makkinnon Brandays Universitetinə Millerin laboratoriyasına qayıtdı.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1989-cu ildə Roderik Makkinon Harvard Universitetində dosent oldu və burada kalium kanalının əqrəb zəhərinin spesifik toksini ilə qarşılıqlı təsirini araşdırmağa başladı. 1989-cu ildə Rokfeller Universitetində molekulyar neyrobiologiya və biofizika üzrə professorluq və laboratoriya təyinatı aldı, burada sinir sistemində və ürəkdə kalium kanallarının xüsusi əhəmiyyətinə görə kalium kanalının strukturu üzərində işləməyə başladı.

1998-ci ildə R.Makkinon və həmkarları kristalloqrafiyadan istifadə edərək bakterial kalium kanalının üçölçülü molekulyar quruluşunu əldə edə bildilər və kanalın seçiciliyini, yəni kanalın nə üçün yalnız kalium ionlarının keçməsinə imkan verdiyini, lakin daha kiçik natrium ionlarının keçməyəcəyini aşkar etdilər. Zülal kristalloqrafiyası işi Kornel Universitetindəki CHESS sinxrotron şüalanma mənbələrində və Brukhayven Milli Laboratoriyasında NSLS-də aparılmışdır.[6]

  • 1995 il - Michael və Kate Barány Mükafatı
  • 1997il - Nyukomb Klivlend Mükafatı
  • 1998 il - V.Alden Spencer Mükafatı
  • 1999 il - Əsas Tibbi Tədqiqat üçün Albert Lasker Mükafatı, Clay Armstronq və Bertil Hill ilə "Təbiət boyu membranların elektrik potensialını idarə edən, bununla da sinir impulslarını yaradan və əzələlərin daralmasına, ürək ritminə və hormon ifrazına nəzarət edən ion kanalı zülallarının funksional və struktur arxitekturasını aydınlaşdırmaq üçün"
  • 2000 il - Rozenstil Mükafatı, "Neyronlarda və digər hüceyrə növlərində elektrik siqnalının yaradılmasının molekulyar əsaslarına dair araşdırmasına görə"
  • 2001 il - Perl Neyroelm Mükafatı - UNC
  • 2003 il - Louise Gross Horvitz mükafatı
  • 2003 il - Piter Aqre ilə birlikdə bakterial kalium kanalının üçölçülü molekulyar quruluşunun və onun seçiciliyinin təbiətinin kəşfinə görə Kimya üzrə Nobel Mükafatı.
  • 2005 il - Hans Neyrat Mükafatı
  1. Roderick MacKinnon // Encyclopædia Britannica (ing.).
  2. Roderick MacKinnon // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 NNDB (ing.). 2002.
  4. Маккиннон // Ломоносов — Манизер. — М. : Большая российская энциклопедия, 2011. — С. 547. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 18). — ISBN 978-5-85270-351-4.
  5. Roderick MacKinnon Архивная копия от 5 декабря 2018 на Wayback Machine  (англ.)
  6. "Arxivlənmiş surət". 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-13.