Rodoxrozit – Mn [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Rodoxrozit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
MnCO₃ |
Strunz təsnifatı | Vb/A.02[1] |
Xüsusiyyətləri | |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Ferrorodoxrozit, kalsiumlu (1-19% CaO), kobaltlı (2,33%-dək CoO) rodoxrozitlər.
Rəng – təzə sınıqlarda müxtəlif intensivlikli çəhrayı və ya moruğu, getdikcə oksidləşərək ağ, bozumtul-ağ, yaşılımtıl-boz, sarımtıl-qəhvəyi, qara rəng alır; nadir hallarda rəngsiz olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – işıqkeçirən, yarımşəffaf; Sıxlıq – 3,5-3,7; Sərtlik – 4; Kövrəkdir; Ayrılma – romboedr {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli; Morfologiya – kristallar: nadir rast gəlir; qalın lövhəvari, prizmatik, romboedrik, skalenoedrik; yəhərvari əyilmiş üzlər səciyyəvidir; İkiləşmə: {0112} üzrə nadir hallarda; Mineral aqreqatları: dənəvər, sıx, gizlikristallik kütlələr, böyrək-, salxım- və qabıqvarı, kollomorf əmələgəlmələr, konkresiyalar, sferolitlər, oolitlər, kalsit üzrə psevdomorfozalar və b.
Mineralın ən iri, çox vaxt sənaye əhəmiyyətli yığınları dəniz tipli çökmə manqan yataqlarında, konkresiyaları – müasir dəniz çöküntülərində rast gəlir. Rodoxrozitin hidrotermal əmələgəlmələri, adətən, orta- və aşağıtemperaturlu polimetal və qızıl-polimetal filizlərində, bəzən isə volframit, kvars və başqa minerallarla birlikdə yüksək temperaturlu damarlarda müşahidə edilir. Mineralın bəzi peqmatitlərdə, metamorfikləşmiş manqan yataqlarında, manqan və dəmir-manqan filizlərinin aşınma qabığında tapıntıları məlumdur. Birlikdə rast gəldiyi minerallar: rodonit, manqanit, braunit, tefroit, qausmannit, hötit, hidrohötit, sfalerit, qalenit, markazit, pirit, arsenopirit, sərbəst qızıl, volframit, kvars, barit və b. Mineralın tapıldığı yerlər: Polunoçnoye, Cida (Rusiya); Qara-Oba (Qazaxıstan); Kalaxari (Botsvana), Byutt (ABŞ) və b. Azərbaycanda Tutqunçay hövzəsində (Kəlbəcər rayonu) rast gəlir.
Metallurgiyada və kimya sənayesində işlədilən manqan filizidir.