Rodonit CaMn4 [Si5O15] —(yunanca "rodon" qızılgün deməkdir) Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Rodonit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Mn²⁺SiO₃ |
Strunz təsnifatı | VIII/D.13[1] |
Xüsusiyyətləri | |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Faulerit (5-8 %-dək ZnO, 3-9 %-dək FeO, 6-7%-dək CaO), sixutsunit–maqneziumlu rodonit.
Rəng – səciyyəvi cəhrayıdan tünd- və qəhvəyimtil-qırmızıyadək; bu fonda çox vaxt törəmə Mn hidroksidlərinin qara ləkələri, damarcıq və dendritləri müşahidə edilir; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, sədəfi, donuq; Şəffaflıq – qeyri-şəffafdan yarımşəffafadək, bəzən şəffaf; Sıxlıq – 3,67-3,76; Sərtlik – 5,5-6,5; Ayrılma – {110} üzrə 92° bucaq altında mükəmməl, {010} üzrə – orta; Sınıqlar – dənəvərlik dərəcəsindən asılı olaraq hamar, qabıqvarı, pilləri; Morfologiya – kristallar: nadir hallarda izometrik lövhə şəkilli, bəzən prizmatik; Mineral aqreqatları: bütöv sıx və dənəvər kütlələr, tək-tək hallarda–nodullar.
Əsasən metamorfik yolla əmələ gəlir. Çökmə manqan filizlərinin regional və kontakt metamorfizmi nəticəsində meydana çıxır, gilli və kristallik şistlərdə, habelə bəzi başqa metamorfik süxurlarda rast gəlir. Kontakt-metasomatik yolla da əmələ gəlir. Manqanla zəngin ətraf süxurları assimilyasiya etmiş qranit peqmatitlərində qeyd edilir. Bəzən mineralın hidrotermal əmələgəlmələrinə də rast gəlinir. Birlikdə rast gəldiyi minerallar: braunit, manqanit, tefroit, franklinit, bustamit, Mn – qranat, kalsit, kvars və b. Mineralın tapıldığı yerlər : Sverdlovsk (monolitləri 47 tonadək) və Maqnitoqorsk şəhərləri yaxınlığında, Primorsk ölkəsi (Rusiya); Kapnits, Rozia Montana (Rumıniya); Devonşir, Kornuoll (Böyük Britaniya); Boriyeva, Qradişşe (Bolqarıstan); Lonqban (İsveç); Bxandra (Hindistan); Broken-Xill (Avstraliya); Xonsyu ad. (Yaponiya); Ksonotla (Meksika) və b. Azərbaycanda mineralın kiçik yığınları Dəlidağ qranitoid intruzivinin endokontakt zonasında Qaranlıq sahəsində aşkar edilmişdir.
Yaxşı məmulat daşıdır. Rodonitin oksidləşmə məhsullarının mühüm yığınlarından manqan filizi kimi qara metallurgiyada istifadə edilir.