Rok aşırımı oset. Ручъы ӕфцӕг} gürc. როკის უღელტეხილი | |
42°36′43″ şm. e. 44°08′06″ ş. u. | |
Hündürlüyü | 2.996 m |
Ölkələr | Rusiya Gürcüstan |
Rok aşırımı (oset. Ручъы ӕфцӕг, gürc. როკის უღელტეხილი) — Baş Qafqaz silsiləsinin mərkəzi hissəsində, Gürcüstan və Rusiya arasında dağ aşırımı. Aşırım həm də Şimali Osetiya ilə Cənubi Osetiyanı birləşdirir. Rok aşırımı Rezaxo və Soxs zirvələri arasında yerləşir. Rok aşırımı şimalda Zakka çayı və Sanat dərəsini Rokdon çayı ilə və cənubda Zemo Roca kəndi ilə birləşdirir[1]. Rok aşırımının ən hündür nöqtəsi dəniz səviyyəsindən 2996 metr yüksəklikdə yerləşir.
Arxiv məlumatlarına əsasən Rok aşırımından yolun çəkilməsi ideyyası 1839-cu ilə aiddir.[2]
1931-ci ildə akademik F.Y.Levinson-Lessinq aşırım ərazisində geoloji araşdırmalar aparmışdır. Akademik 70 yaşında öz həyat yoldaşı ilə birlikdə aşırımdan keçmişdir. Buna səbəb təklif olunan dağ yolunun marşrutunu şəxsən öyrənmək idi[3].
1950-ci illərdə Rok aşırımından «Rok aşırımından keçməklə» adlı ümumittifaq turizm marşrutu keçirdi. Çətinlik dərəcəsinə görə marşrut 1-ci kateqoriyaya aid idi. İlkin məntəqə Vladiqafqaz şəhəri idi. Daha sonra cığır aşırımdan keçməklə Cənubi Osetiyaya daxil olurdu. Marşrutun əsas dayanacaqları: Alagir — Çey — Zaramaq — Rok aşırımı — Cava — Qori.[4]
1985-ci ildə Transqafqaz avtomobil mağistralının çəkilişi zamanı Roki aşırımın altından 4 kilometrlik Rok avtomobil tuneli çəkildi. Tunel Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasını Cənubi Osetiya Muxtar Vilayəti ilə birləşdirirdi. Hal hazırda tunel Şimali Osetiya ilə Cənubi Osetiya arasında vacib strateji rol oynayır.
Aşırım ərazisində yüksək dağ iqlimi hakimdir. Rütubətlik yüksək və soyuqdur. Yanvar ayının orta temperaturu −6,2 °C, iyul ayının orta temperaturu isə +12,3 °C-dir. Orta illik temperatur + 3,5 °C-dir. Ən çox yağıntı oktyabr ayında düşür - 220 mm. Ən az yağıntı fevral ayına təsadüf edir - 113 mm. Yağıntıların illik miqdarı 1745 mm-dir.
Бакрадзе, Леонид Петрович Leonid Petroviç Bakradzenin "Tək vətənin səsi ..." (1983) filmində P.N.Yakovlevin qızı və nəvəsinin Rok aşırımına gəlişi səhnəsi var. Leninqraddan gələn geodeziyaçı mühəndislər 1960-cı ildə orda faciyəvi şəkildə həlak olmuşlar.