Rokişkis (lit. Rokiškis) — Litvanın şimal-şərqində yerləşən şəhər. Panevejis qəzası Rokişkis rayonunun inzibati mərkəzidir. Şəhərin tarixi mərkəzi dövlət tərəfindən qorunan Litva Respublikasının Mədəni Mülkiyyət Reyestrinə daxil edilmişdir (kodu 17102[2]). Rokişkis pendirləri ilə məşhurdur. Hazırda Litvanın ən böyük süd istehsalçısı olan "Rokiškio sūris" şirkətinin ofisi Rokişkisdə yerləşir.
Rokişkis | |
---|---|
Rokiškis | |
55°58′ şm. e. 25°35′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1499 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 133 m, 126 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +370 8458 |
Poçt indeksi | LT-42001 |
Digər | |
rokiskis.lt | |
Vikianbarda əlaqəli mediafayllar |
Latviya ilə sərhəddə, Vilnüsdən 158 km, Kaunasdan 165 və Utenadan 63 km məsafədədir. Panevejis-Dauqavpils xəttindəki dəmir yolu stansiyasına sahibdir. Laukupe çayı şəhər ərazisindən axır. Memele çayı isə başlanğıcını şəhərdən 6 km məsafədə götürür.
2011-ci il siyahıya lınmasına əsasən şəhərdə 14 351 nəfər yaşayır. Bunun 13 214 (92,08 %) nəfəri litvalılar, 901 (6,28 %) nəfəri ruslar, 56 (0,39 %) nəfəri polyaklar, 37 (0,26 %) nəfəri belaruslar, 35 (0,24 %) nəfəri ukraynalılar, 108 (0,75 %) nəfəri isə digərləridir[3].
Şəhərin adı Rokas soyadından götürülmüşdür.
19-cu əsrdə Rokişkis Litvada ən böyük kətan lifi, kətan toxumu və çətənə toxumu tədarükçülərindən biri idi. Sovet dövründə şəhərdə kənd təsərrüfatı maşınlarının pilot istehsalı zavodu, pendir fabriki, konserv və yem zavodu, tikiş fabriki işləyirdi. 1965–1985 arasında Vilnüsə müntəzəm reyslərin həyata keçirildiyi Rokişkisdə bir hava limanı fəaliyyət göstərirdi.
Hazırda Litvanın ən böyük süd istehsalçısı olan "Rokiškio sūris" şirkətinin ofisi Rokiskisdə yerləşir. Şirkət 1925-ci ildə Tizenqauzen süd fermasının bazasında qurulmuşdur. Burada 1964-cü ildə bir pendir fabriki tikilmişdir.
Digər bir əhəmiyyətli müəssisə kənd təsərrüfatı texnikası istehsal edən Rokişkis Maşınqayırma Zavodudur (lit. Rokiškio mašinų gamykla).
Şəhərdə 1 gimnaziya, 3 uşaq bağçası, Yuozas Kelitis adına kitabxana var. Bundan əlavə şəhərdə Panevejis Kollecinin (keçmiş Rokişkis Mədəniyyət məktəbi), Rokişkis Texnologiya, Biznes və Kənd Təsərrüfatı məktəbləri, Böyüklər və Gənclərin Təhsil Mərkəzi fəaliyyət göstərir. 1932-ci ildən bu günə qədər şəhərdə (Rokiskis bağ malikanəsinin əsas binasında yerləşən) Yerli Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir.
Şəhərdə həvəskar teatr vardır. Rokişkisdə ildə iki dəfə teatr festivalı keçirilir — Respublika Milli Teatr Festivalı və Beynəlxalq "İnterrampa" festivalı.