Alqirdas Brazauskas

Alqirdas Brazauskas (22 sentyabr 1932[1][2][…], Rokişkis26 iyun 2010[3][1][…], Vilnüs) — Litva Respublikasının 5-ci Prezidenti (25 fevral 1993 — 25 fevral 1998) olub.

Alqirdas Brazauskas
lit. Algirdas Mykolas Brazauskas
25 fevral 1993 – 25 fevral 1998
ƏvvəlkiAntanas Smetona
SonrakıValdas Adamkus
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri
Vəfat səbəbi limfoma
Dəfn yeri
  • Antakalnis qəbiristanlığı[d]
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, universitet müəllimi[d]
Dini Roma-Katolik kilsəsi
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü SSRİ Hərbi Dəniz Qüvvələri[d]
Rütbəsi İkinci Starşina

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alqirdas Brazauskas 1932-ci il sentyabrın 22-də Rokişkisdə anadan olub. Gələcək prezidentin əmək fəaliyyəti tikinti sahəsində başlayıb. Sonradan o, Litva Kommunist Partiyasının nüfuzlu üzvlərindən biri olub və onun SSRİ Kommunist Partiyasından ayrılması təşəbbüsü ilə çıxış edib. Brazauskas əvvəlcə Litva Kommunist Partiyasının birinci katibi seçilib, sonra isə Litva Demokrat Əmək Partiyasının lideri olub.

SSRİ-nin dağılması və Litvanın müstəqillik əldə etməsindən sonra Brazauskas siyasi fəaliyyətini davam etdirib və 1992-ci ildə Seymin sədri seçilib. 1993-cü ildə isə ölkə prezidenti olub. Brazauskas 1998-ci il seçkilərində namizədliyini ikinci dəfə irəli sürməyib. 2001-ci ildə baş nazir postuna təsdiq olunub və 2006-cı ilə qədər bu vəzifədə qalıb.

O, uzun sürən xəstəlikdən sonra 26 iyun 2010-cu ildə 78 yaşında Vilnüsdəki evində keçinib.


  1. 1 2 Bibliothèque nationale de France Algirdas Mykolas Brazauskas // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Brozović D., Ladan T. Algirdas Mikolas Brazauskas // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
  3. http://news.bbc.co.uk/2/hi/world/europe/10426487.stm.