Rolpley videooyunu

Bir RVO-da personaj yaratma nümunəsi. Bu videooyunda ("S.C.O.U.R.G.E.: Heroes of Lesser Renown") oyunçular öz personajlarının attributlarına bal təyin edə, inanacağı bir tanrı seçə, eləcə də portret və peşə seçə bilərlər.

Rol videooyunu (abr. RVO, ing. Role-playing video game; adətən rol oyunu adlanır, ing. Role-playing game, abr. RPG) və ya Rol kompüter oyunu (abr. RKO, ing. Computer role-playing game, abr. CRPG) — oyunçunun ətraflı şəkildə hazılanmış bir dünyada bir və ya bir neçə personajın hərəkətlərini idarə etdiyi videooyun janrı. Rol videooyunlarının əksəriyyətinin mənşəyi stolüstü rol oyunlarına əsaslanır və demək olar ki, eyni terminologiyadan, mövzudanmexanikalardan istifadə edir. Janrın stolüstü rol oyunlarıyla olan digər əsas bənzərliklərinə təkmilləşdirilmiş süjet elementləri, oynanıla bilən personajın inkişaf edilməsi, mürəkkəbliyi, eləcə də yenidən oynanıla bilərliyi və daldırıcı xarakteristikası daxildir. RVO-lar mətnə əsaslanan sadə qapalı pəncərəli oyunladan vizual baxımdan zəngin olan üçölçülü təcrübələrə çevriliblər.

Əsas istehsalçılar

[redaktə | mənbəni redaktə et]

Əsas erkən RVO istehsalçılarına ilk rol videooyununu olan "Dungeon" (1975) videooyununu yaradan Don Daqlou, "Dragon Quest" seriyasını yaradan Yuci Horii, "Final Fantasy" seriyasını yaradan Hironobu Sakaquçi, "Ultima" seriyasını yaradan Riçard Gerriot və "Wizardry" seriyası üzrə dizaynerlik və ssenaristlik edən Brenda Romero var. Əsas müasir RVO istehsalçılarına "Fallout 3" və "Fallout 4", eləcə də "The Elder Scrolls" seriyasının müəllifi olan "Bethesda Game Studios", "BioWare" studiyasını təsis edən Rey MuzıkaQreq Zeşyuk və "The Witcher" seriyasının müəllifi olan "CD Projekt" şirkəti var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • The History of Computer Role-Playing Games — "Gamasutra" saytında.  (ing.)
  • Roşin, Oleq. "The World of Asian RPGs". MobyGames. Blue Flame Labs. 26 mart 2006. İstifadə tarixi: 25 mart 2019.  (ing.)