Roma Milli Muzeyi

Milli Roma Muzeyi (it. Museo Nazionale Romano) — İtaliyanın paytaxtı Roma şəhərində muzey. Şəhərin ən böyük muzeylərindən biridir. 1889-cu ildə açılmış muzey qədim incəsənətin ən zəngin kolleksiyalarından birinə malikdir. Burada heykəllər, relyeflər, mozaikalar və freskalar saxlanılır.

Roma Milli Muzeyi
Xəritə
Əsası qoyulub 1889
Açılış tarixi 1890
Ölkə
Yerləşir Roma
Ziyarətçi sayı
  • 349.264 nəf. (2018)
41°54′17″ şm. e. 12°30′14″ ş. u.
museonazionaleromano.beniculturali.it
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzey 1889-cu ildə yaradılmış və 1890-cı ildə ictimaiyyətə açılmışdır. İtaliya hökumətinin əsas vəzifəsi qazıntılar zamanı tapılan arxeoloji materialları bir araya toplamaq və nümayiş etdirmək, 1861-ci ildə Risorcimento zamanı vahid İtaliya dövlətinin yaradılmasından və 1870-ci ildə Romanın İtaliya krallığına birləşdirilməsindən sonra ölkənin tarixini təbliğ etmək idi.[1]

Kolleksiyanın müəyyən hissəsi 1876-cı ildə arxeoloqetnoqraf Luici Piqorini tərəfindən əsası qoyulmuş Piqorini Muzeyində saxlanılır.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]