Ron Vudruf (ing. Ron Woodroof) — AİDS xəstələrinə AZT dərman pereparatlarının paylanması üçün fəaliyyət göstərmiş aktivist.
Ron Vudruf | |
---|---|
ing. Ron Woodroof | |
Doğum tarixi | |
Doğum yeri | Texas, ABŞ |
Vəfat tarixi | |
Vəfat yeri | Texas, ABŞ |
Uşağı | 1 |
Fəaliyyəti | AİDS virusunun daşıyıcıları üçün AZT dərman preparatlarının təşkil edilməsi |
Vikianbarda əlaqəli mediafayllar |
Ron 1950-ci ildə ABŞ-nin Texas ştatında dünyaya gəlmişdi. Təhsil sahəsində ciddi uğur əldə edə bilmədikdən sonra elektriklik sənətini öyrənmiş və Texas ştatında yerləşən yerli şirkətlərdən birində elektrik kimi çalışmışdır. Ron gündəlik həyatını qadınlar, içki, narkotik və rodeo yarışları ilə keçirdirdi. Yaşadığı həyat tərzi səbəbindən bir necə dəfə iş yerini dəyişməyə məcbur qalsada Ronun həyatı Rodeo yarışlarının birində yaşadığı təsadüfü cinsi əlaqədən sonra tamamilə dəyişir. 1986-cı ildə Rona QİÇS diaqnozu qoyulur. Həmin dövrə qədər dönəminin məşhur müğənnisi Freddi Merkyuri də bu xəstəlikdən əziyyət çəksə də cəmiyyətin böyük bir hissəsi QİÇS barədə tamamilə xəbərsiz idi. Virus isə öz işini insanlar arasında görməkdə davam edirdi.
Texas, Nyu York və digər ştatlarda yerləşən gecə klublarında homoseksuallar və fahişələrlə cinsi əlaqədə olan gənclər arasında virusun yayılma arealı həkimləri belə şoka salacaq dərəcədə idi.[1][2]
Həkimlər Rona diaqnoz qoyduqdan sonra 30 gün ömrünün qaldığını deyirlər, ancaq o 7 il yaşayaraq bu sahədə onlarla insanın həyatını xilas etməyi bacarır. 1986-cı ildə ABŞ laboratoriyaları AİDS virusunun əleyhinə AZT adlanan dərman preparatının üzərində çalışırdılar. Ron başda olmaqla bütün xəstələr dərmanı əldə etməyə çalışsa da mütəxəssislər dərmanın hələ yan təsirlərinin tam araşdırılmadığını əsas gətirərək satışını qadağan etmişdi. Maddi baxımdan imkanı olan xəstələr müxtəlif yollarla AZT əldə edə bilirdilər, ancaq xəstələrin 95%-i dərmanı ala bilmirdi. Səhiyyə fondu aparılan laboratoroji araşdırmaların yekun nəticəsi məlum olduqdan sonra dərmanın xəstəlarə pulsuz paylanacağını vəd etsə də ABŞ-də bir çox xəstənin o qədər gözləyəcək zamanı yox idi.
Ron Meksika, Yaponiya və Hollandiya kimi ölkələrə etdiyi səfərlər zamanı QİÇS virusuna yoluxmuş xəstələrin AZT preparatını almaqda heç bir çətinlik çəkmədiklərini görür. Sadəcə Səhiyyə Nazirliyi tərəfindən dərmanın resept ilə satışına icazə verilməsi tələb olunurdu. Ölkəsinə qayıdan Ron Dallas Buyers Club (azərb. Dallas Alıcılar Klubu) adlı bir qeyri-rəsmi təşkilat yaratmaq qərarına gəlir.
1988-ci ilin mart ayında təşkilat yaradılır. Burada əsas məqsəd Texas ştatında yaşayan AİDS virusuna yoluxmuş xəstələrin ucuz və tez bir müddətdə AZT preparatı ilə təmin edilməsi idi. Ronald dərmanları Meksika-ABŞ sərhədinə yaxın bir ərazidə yerləşən kiçik xəstəxanadan təmin edir və daha sonrada maşının yük hissəsində gizli yolla Texas ərazisinə keçirdirdi. Klubun xərclərini ödəmək üçün Ron tərəfindən hər bir alıcıya 400 manat üzvlük haqqının ödənilməsi şərti qoyulur. Qısa zamanda AİDS xəstələri üçün hava-su kimi lazım olan AZT preparatını yarı qiymətinə təmin edən Dallas Buyers Club bütün ətraf ştatlarda məşhurlaşır. Klub fəaliyyət göstərdiyi müddət ərzində 1.000 nəfərə yaxın virus daşıyıcısını klubun xidmətindən istifadə etdiyi ehtimal olunur.[3]
AZT-nin ABŞ-də satılması və istifadə edilməsi hələ rəsmən təsdiqlənmədiyindən istənilən formada satışı qadağan idi. Yerli polis bu barədə Rona bir necə dəfə xəbərdarlıq edib, onu həbs etsə belə Ron klubun ünvanlarını tez-tez dəyişdirərək və məlumatları gizli saxlayaraq çətinliklə də olsa fəaliyyət göstərə bilirdi. Dallas Buyers Cluba üzv olan varlı iki homoseksualın Texasdan aralı yerləşən OakLaunda Rona işlərini idarə etmək üçün öz bağ evlərini təmmanasız verməsi klubun işinin genişlənməsinə səbəb olur. Məhkəmə və polislərə qarşı apardığı mübarizə Kaliforniya Ali Məhkəməsində həll olunur. Ron saxlanılan zaman jurnalistlərə verdiyi müsahibəsində belə demişdir:
Özüm-özümün həkimiyəm. Bizə başqalarının kömək etməsinə ehtiyac yoxdur, maneə törətməsinlər yetər. |
Məhkəmə ağır vəziyyətdə olan QİÇS virusunu daşıyıcısı olan xəstələrə AZT preparatından verilməsi barədə göstəriş verir, ancaq Ron Vudruf istədiyi nəticəni məhkəmədən ala bilmir. Həyatının 7 ilini QİÇS virusuna yoluxmuş insanlar üçün AZT preparatı tapmağa sərf edən Ron 1992-ci ilin 12 sentyabr tarixində Texas ştatında 42 yaşında vəfat edir. Həkimlər Ronun 30 gün ömrünün qaldığını desə də o, 7 il yaşamağı və bu yolla onlarla insanın ömrünün bir necə il olsa belə uzatmağı bacarır. Bütün bu işlərin görülməsində Ron Vudrufa Rayon adlı homoseksual yaxından kömək edir.
Ron Rayonla xəstəxanada QİÇS əleyhinə müalicə kursu alarakən tanış olur. 2013-cü ildə Cin Mark Veyl tərəfindən "Dallaslı alıcılar klubu" adlı film çəkilir. Filmdə baş Ron Vudruf rolunu Metyu Makkonaxi, onun yaxın dostlarının ümümiləşmiş obrazı kimi yaradılmış xəyali obraz Rayon rolunu isə Cared Leto canlandırır. Vudruf rolunu canlandırmaq üçün uzun bir müddət kilo verən aktyor Metyu Makkonaxi, 2014-cü ilin mart ayında keçirilən Oskar mükafatı təqdimatı zamanı Ən Yaxşı Aktyor kateqoriyasında Oskar mükafatına layiq görüldü.[4]