Rorşax testi

Rorşax testi — (Almanca tələffüz: [ˈʁoːɐʃax]; Rorschach testi, Rorşax mürəkkəb ləkəsi testi, Rorşarx texnikası yaxud qısaca mürəkkəb ləkəsi testi kimi də bilinir) ilə subyektlərin mürəkkəb ləkəsini qavramaları qeydə alınaraq və sonra psixoloji interpretasiyadan, kompleks alqoritmlərdən yaxud hər ikisindən istifadə edilməklə subyektdə analiz aparılması imkanını verən psixoloji testdir. Bəzi psixoloqlar bu testdən fərdin şəxsi xarakteristikalarını və emosional fəaliyyətini tədqiq etmək üçün istifadə edirlər. O, əsas fikir pozğunluğunun (psixozun) aşkar edilməsi üçün təyinatlanmışdır, xüsusilə o hallarda ki, xəstələr öz düşünmə proseslərini açıq şəkildə təssəvür etməyə istəksiz olurlar. Testə yaradıcısı İsveçrəli psixoloq Herman Rorşaxın adı verilmişdir. Rorşax 1960-cı ildə ən geniş istifadə edilən proyektiv test idi. ABŞ milli tədqiqatında Rorşax ambulator əqli sağlamlıq vasitələrində istifadə edilən psixoloji testlər arasında 8-ci yerlə qiymətləndirilmişdir. O, Şəxsiyyətin Qiymətləndirilməsi üçün Cəmiyyətin (Society of Personality Assessment) üzvləri tərəfindən istifadə edilən ən geniş yayılmış ikinci testdir və 25% məhkəmə psixoloji dəyərləndirmə hallarında psixiatrlar tərəfindən tələb edillir, adətən MMPI (Minnesota Multiphasic Personality Inventory) və MCMI-III (Milon Clinical Multiaxial Inventory) testin batareyasına tez-tez daxil edilir.

On mürəkkəb ləkəsi

[redaktə | mənbəni redaktə et]

Rorşaxın Rorşax Testi – Psixodiaqnostik Lövhələr-ində (Rorschach Test – Psychodiagnostic Plates,[1]) çap edilmiş, bütöv şəkil yaxud ən çox önə çıxan təfsilatlar üçün müxtəlif müəlliflərə uyğun tez-tez verilən cavablarla on mürəkkəb ləkəsi aşağıda verilmişdir.

Kart Ən çox verilən cavablar[2][3][4]
Bek: yarasa, kəpənək, pərvanə
Piotrovski: yarasa(53%), kəpənək(29%)
Dana (Fransa): kəpənək (39%)
Bek: iki insan
Piotrovski: dörd ayaqlı heyvan (34%, boz hissələr)
Dana (Fransa): heyvan: it, fil, ayı(50%, boz)
Beck: iki insan (boz)
Piotrowski: insan təsvirləri (72%, boz)
Dana (France): insan (76%, boz)
Bek: animal hide, skin, rug
Piotrovski: heyvan dərisi, dəri xalı (41%)
Dana (Fransa): heyvan dərisi (46%)
Bek: yarasa, kəpənək, pərvanə
Piotrovski: kəpənək(48%), yarasa(40%)
Dana (Fransa): kəpənək (48%), yarasa(46%)
Bek: heyvan gönü, dəri, xalı
Piotrovski: heyvan dərisi, dəri xalı (41%)
Dana (Fransa): heyvan dərisi (46%)
Bek: insan baları yaxud üzləri(üst)
Piotrovski: qadınların yaxud uşaqların başları (27%, üst)
Dana (Fransa): insan başı (46%, üst)
Bek: heyvan: nə it nə pişik (çəhrayı)
Piotrovski: dörd ayaqlı heyvan (94%, çəhrayı)
Dana (Fransa): dörd ayaqlı heyvan (93%, çəhrayı)
Bek: insan (orange)
Piotrovski: heç nə
Dana (Fransa): heç nə
Bek: krab, xərçəng , hörümçək (mavi)
Piotrovski: krab, hörümçək (37%, mavi),
dovşan başı (31%, açıq yaşıl),
tırtıllar, qurdlar, ilanlar (28%, tox yaşıl)
Dana (Fransa): heç nə
  1. Rorschach, Hermann. Rorschach Test – Psychodiagnostic Plates. Hogrefe. 1927. ISBN 3-456-82605-2.
  2. Alvin G. Burstein, Sandra Loucks. Rorschach's test: scoring and interpretation. New York: Hemisphere Pub. Corp. 1989. səh. 72. ISBN 978-0-89116-780-8.
  3. Piotrowski, Z. A. Perceptanalysis: The Rorschach Method Fundamentally Reworked, Expanded and Systematized. Psychology Press. 1987. səh. 107. ISBN 978-0-8058-0102-6.
  4. Dana, 2000. səh. 338

Xarici əlaqələr

[redaktə | mənbəni redaktə et]