Tuşet itburnusu (lat. Rosa ×tuschetica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Tuşet itburnusu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Tuşet itburnusu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Qafqazda (Beşit) yayılmışdır.
Naxçıvan MR (Biçənək, Nurqut) ərazisində rast gəlinir.
Azərbaycanın nadir bitkisidir.VU A2c+3c.
Subalp və alp qurşaqlarında daşlı qayalı yerlərdə yayılmışdır.
Azərbaycanda dar bir arealda yayılmışdır.
Təbiətdə hündürlüyü 1 m-ə qədər olan koldur. Qopartikanları 2 cürdür, qaidə hissəsi bir qədər enliləşmiş düz, bizvarı qopartikanlar və qılvarı xırda qopartikancıqları vardır. Çiçək daşıyan budaqlarda qopartikancıqlar daha çox olur. Yarpaqları 5-6 sm uzunluqda olub, 7, tək-tək hallarda 9 və ya daha çox xırda yumurtavarı, vəziciklərlə örtülü yarpaqcıqlardan ibarətdir. Çiçəkləri tək-təkdir, 2,5 sm-ə qədər uzunluqda vəzili, qıllı saplaqlıdır. Çiçəkləri çəhrayı rəngdədir. Meyvəsi yumurtavarı ovalşəkillidir. İyun-iyul aylarında çiçək açır.
Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Məlumat yoxdur.
Xüsusi mühafizə ölçüləri tərtib edilməmişdir.
Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.