Ağ qızılgül (lat. Rosa alba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Ağ qızılgül | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Ağ qızılgül |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Sibir, Avropa, Asiya və Şimali Amerikada yayılmışdır.
Hündürlüyü 2-3 m olan koldur. Budaqları və gövdəsi möhkəm, qarmaqvari tikanlarla örtülmüşdür. Yarpaqları ellipsvari və ya tərs yumurtavari olmaqla 3-5 ədəddir. Yarpaqcıqlarının kənarı zəif dişlidir. Üst və alt hissədən zəif tükcüklərlə örtülüdür. Çiçəkləməsi may ayının əvvəllərindən başlayaraq iyun ayının axırına qədər davam edir. Bu növ vegetasiya müddətində bir dəfə çiçəkləyir. Çiçəyi çox ətirli, ağ, alabəzək və sarı rəngdə olur, diametri 8 sm-ə qədərdir, çiçək salxımında tək-tək yerləşir. Meyvəsi payızda yetişir, qırmızı rəngli kürə formasındadır.
Xarici mühit şəraitinə tələbkar deyil, kölgəyə, xəstəlik və zərərvericilərə davamlıdır.
Respublikamızın bir çox rayonlarında mədəni şəraitdə becərilir.
Bitkinin ləçəklərindən alınan efir yağının tərkibində 1,02% limonene, 0,42% nononal, 0,32% linalol, 47.76% fenil etil spirti vardır ki, bundan da ətriyyatda və tibbdə geniş tətbiq edilir. Yaşıllaşdırmada Rosa "Voria Dej" formasından da istifadə olunur.