Həmərsin (lat. Rosa canina ) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Həmərsin
Azərbaycanın Quba rayonu Qırız Dəhnə kəndində həmərsin kolu
Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır.[ 2]
Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır.
Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Meyvələri iridir, yetişənə yaxın uzunluğu 15–26 mm olur, enli-oval, bəzən şarşəkilli formada olub, vəziciklərdən məhrum olmuşdur.
Çiçəkləmə prosesi may ayında baş verir.
May-İyun (İyul)
Böyük Qafqazda Quba, Xəzəryanı, Qobustan, Kür-Araz ovalığı, Kiçik Qafqazın şimal, mərkəzi və cənubunda, Naxçıvan və Talış dağlarında, Lənkəran ovalığından orta dağ qurşağına qədər.
Meşəsiz kolaoxşar və otlu yamaclarda, çay sahillərində, meşənin ətrafında, yol boyunca, yaşayış məntəqələri boyunca rast gəlinir.
Yaxşı aşılayıcıdır (kökü, gövdəsi, yarpağı). Xalq təbabətində yetişmiş meyvələrindən istifadə olunur.
Rosa acanthina D‚s‚gl. & Ozanon
Rosa actinodroma Gand.
Rosa adenocalyx Gren.
Rosa amansii D‚s‚gl. & Ripart
Rosa × ancarensis Pau & Merino
Rosa beatricis Burnat & Gremli
Rosa belgradensis Pančić
Rosa bourgeonensis Ozanon [Spelling variant]
Rosa burnatii (H.Christ) Burnat & Gremli
Rosa canina var. biserrata (M‚rat) Baker
Rosa canina subsp. biserrata (M‚rat) Nyman
Rosa canina subsp. dumalis (Bechst.) Arcang.,p.p.39
Rosa canina subsp. dumetorum (Thuill.) R.Keller & Gams
Rosa canina var. dumetorum (Thuill.) Baker
Rosa canina var. glabra Desv.
Rosa canina var. glaucescens (Desv. ex M‚rat) Steud.
Rosa canina subsp. keissleriana (Sennen) Sennen
Rosa canina var. myrtilloides Tratt.
Rosa canina subsp. senticosa (Ach.) Nyman
Rosa canina subsp. spuria (Puget ex D‚s‚gl.) Heinr.Braun
Rosa canina subsp. vulgaris (W.D.J.Koch) R.Keller & Gams
Rosa caucasica Pall.
Rosa caucasica var. lindleyana Ser.
Rosa cinerascens Cariot
Rosa cinerosa D‚s‚gl.
Rosa cladoleia Ripart ex Cr‚p.
Rosa communis subsp. canina (L.) Rouy
Rosa condensata Puget
Rosa curticola Puget ex D‚s‚gl.
Rosa dilucida D‚s‚gl. & Ozanon
Rosa dumetorum auct.
Rosa dumosa Salisb.
Rosa edita D‚s‚gl.
Rosa erythrantha Boreau
Rosa firma Puget
Rosa fissispina Wierzb. ex Heuff.
Rosa flexibilis D‚s‚gl.
Rosa flexuosa Raf.
Rosa frivaldskyi Heinr.Braun
Rosa frondosa Steven ex Spreng.
Rosa glaucescens Desv. ex M‚rat
Rosa heterostyla Chrshan.
Rosa hispidula Ripart ex D‚s‚gl.
Rosa inconspicua D‚s‚gl.
Rosa insignis D‚s‚gl. & Ripart
Rosa istriaca Degen [Spelling variant]
Rosa istrica Degen
Rosa kalmiussica Chrshan. & Lasebna
Rosa keissleriana Sennen
Rosa lioclada Boullu
Rosa litigiosa Cr‚p.
Rosa longituba Debeaux
Rosa lutetiana L‚man
Rosa lutetiana var. biserrata (M‚rat) Wolley-Dod
Rosa lutetiana var. glaucescens (Desv. ex M‚rat) Boullu
Rosa lutetiana var. nitens (Desv. ex M‚rat) Boullu
Rosa lutetiana var. senticosa (Ach.) Boullu
Rosa macroacantha Ripart ex D‚s‚gl.
Rosa mallardiana Moutin [Spelling variant]
Rosa mandonii D‚s‚gl.
Rosa marisensis Simonk. & Heinr.Braun
Rosa mollardiana Moutin
Rosa montivaga D‚s‚gl.
Rosa mucronulata D‚s‚gl. ex Godet
Rosa nemophila D‚s‚gl. & Ozanon
Rosa nitens Vuk.
Rosa nitens Desv. ex M‚rat
Rosa oblonga D‚s‚gl. & Ripart
Rosa oblongata Opiz
Rosa oreades Cottet & Castella
Rosa platyphylla A.Rau
Rosa podolica Tratt.
Rosa polyodon Gand.
Rosa pratincola Heinr.Braun
Rosa prutensis Chrshan.
Rosa psilophylla A.Rau
Rosa pubens D‚s‚gl. & Ozanon
Rosa ramosissima D‚s‚gl.
Rosa rougeonensis Ozanon
Rosa rubescens Ripart ex D‚s‚gl.
Rosa sarmentacea Woods,p.p.39
Rosa sarmentacea Sw.
Rosa sarmentosa Woods [Spelling variant]
Rosa senticosa Ach.
Rosa separabilis D‚s‚gl.
Rosa silvularum Ripart ex D‚s‚gl. [Spelling variant]
Rosa sphaerica Gren.
Rosa sphaeroidea Ripart ex D‚s‚gl.
Rosa spherica Gren. [Spelling variant]
Rosa spinetorum D‚s‚gl. & Ozanon
Rosa spuria Puget ex D‚s‚gl.
Rosa squarrosa auct. angl.
Rosa stipularis M‚rat
Rosa sylvularum Ripart ex D‚s‚gl.
Rosa syntrichostyla Ripart ex D‚s‚gl.
Rosa timbaliana Debeaux
Rosa touranginiana D‚s‚gl. & Ripart
Rosa × trichoneura Ripart ex Cr‚p.
Rosa venosa Sw.
Rosa willibaldii Chrshan.
↑ Linnaeus C. Species Plantarum (lat.) : Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 491.
↑ Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı. Bakı 2016