İyli itburnu (lat. Rosa foetida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
İyli itburnu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: İyli itburnu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Avropada, Kiçik Asiya, İran və Əfqanistanda yayıılmışdır.
Orta boylu, 1,5-2 m, bəzi hallarda 50-60 sm-ə qədər hündürlüyə və uzun qəhvəyi rəngli qövsvarı əyilmiş budaqlara malik koldur. Qopartikanları düz, bizvarı, bəzi hallarda oraqvarı əyilmişdir, qılcıq şəklində olanı da vardır. İyun və iyul aylarında çiçək açır. Çiçəkləri çoxləçəklidir, tək və ya iki-üç ədəd yerləşərək azçiçəkli çiçək qrupuna toplaşmışdır. Ləçəkləri parlaq sarı rəngdə, içəri hissəsi sarımtıl-qırmızıdır, xoşa gəlməyən iyə malikdir. Meyvəsi kürə şəklində, qırmızı rəngdə olub, enli, uzun tüklü boğazcığa malikdir.
Meşədə açıq yamaclarda, dağ çaylarının sahillərində tək və ya kiçik qruplarla bitir. Əsasən kölgəli və nəm yerlərdə rast gəlinir.
Böyük Qafqaz və Naxçıvan MR-da təbii halda rast gəlinir.
Tərkibində efir yağı vardır. Yaşıllşdırmada istifadə olunur.