Rossoş çayı — Rostov vilayəti və Krasnodar vilayəti ərazisindən axan çay. Rossoş çayı Elbuzd çayının əsas və sağ qolunu təşkil edir. O isə öz növbəsində Azov dənizinə tökülən Kaqalnik çayının bir qolunu təşkil edir. Rossoş çayının uzunluğu 41,6 km təşkil edir. Çay Krasnodar vilayətinin sərhəd hissəsindən axaraq Rostov ərazisinə axır[1]. Rossoş çayı əsasən bataqlıq, yağış suları ilə qidalanır.
Rossoş çayı | |
---|---|
rus. Россошь | |
Ölkə | Rusiya |
Mənsəbi | Mius çayı |
Uzunluğu | 41,6 km |
DSR[ru] | 05010501112108100000134 |
Çay sistemi: Rossoş çayı → Elbuzd → Kaqalnik. Çayın mənsəbi 39 metr hündürlükdə yerlışir.
Rossoş çayı Orta Elbuzd və Kiçik Elbuzd çaylarınln birləşməsindən əmələ gəlir. Çay bir qayda olaraq qərbə axır. Başlanğıcı Serebyanka kəndindən 1,4 km aralıda yerləşir. Elbuzd çayının mənsəbinə 27,2 km qalmış ona tökülür. Elbuzd çayının uzunluğu isə 55 km təşkil edir. Elbuzd öz növbəsində Kaqalnikə tökülür. Mənsəbi Alekseevskoqo kəndindən 4,4 km şimalda yerləşir.
Çay Rostov vilayətinin Kaqalnik rayonu və Krasnodar vilayətinin Kuşevski rayonu ərazisindən axır.