Rotting Christ

Rotting Christ1987-ci ildə Afinada yaranmış yunan black metal qrupu. Onlar regionun ilk black metal qrupu kimi tanınırlar.[1]

Rotting Christ
Rotting Christ qrupunun solisti Sakis Tolis Barge to Hell festivalındakı çıxışı zamanı (2012)
Rotting Christ qrupunun solisti Sakis Tolis Barge to Hell festivalındakı çıxışı zamanı (2012)
Əsas məlumatlar
Üslub 1987—1988
qrayndkor
1989-cu ildən
blek-metal
qotik metal
Fəaliyyət illəri 1987—h.h.
Ölkə Yunanıstan Yunanıstan
Şəhər Afina
Leybl Season of Mist
Century Media
Unisound
The End Records
Heyət Sakis Tolis
Adreas Laqios
Giorqos Bokos
Temis Tolis
Keçmiş üzvlər Jim "Mutilator" Patsouris
George "Magus Wampyr Daoloth" Zaharopoulos
Costas Vasilakopoulos
Andreas Lagios
Georgios Tolias
Giorgos Bokos
www.rotting-christ.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

16 yaşlı qrup üzvləri ilk başlarda rəsmi olmayan iki demo ("Decline's Return" və "Leprosy of Death") hazırladı. 1993-cü ilə qədər heç bir albom hazırlamayan qrup EP üzərində işləyərək fəaliyyətini davam etdirirdi. Nəhayət 1993-cü ildə qrup Osmose Recordings ilə müqavilə imzaladı və "Thy Mighty Contract" adlı ilk albomunu çıxartdı. Albom qısa müddət ərzində black metal klassikasına çevrildi və qrup məşhurlaşmağa başladı. Rotting Christ bu albomdan sonra Immortal və Blasphemy ilə birlikdə Fuck Christ Tour adlı ilk black metal turuna çıxdı. İnsanların özlərinə xəsarət yetirdiyi və ambulansların dayanmadan işlədiyi bu turne, xoşagəlməz bir ünvanla da olsa tarixə keçdi. Qrup da beləcə adını daha çox eşitdirmiş oldu.[2] The Fuck Christ Tour əslində müvəffəqiyyətli idi, amma Rotting Christ bu turdan heç məmnun deyildi. Cim, 1996-cı ildə tur haqqında belə deyirdi:

"Tur bizim üçün fəlakət idi. Bu ana qədər keçirdiyimiz ən pis şey idi. Mən əsgərliyimi yeni bitirmişdim. Qrupa (bizimlə əslində edəcək heç bir şeyi olamayan) bir gitarist və biri klavişçi olan iki müvəqqəti musiqiçi qatmışdıq. Canlı performans təcrübəmiz yox idi və digər iki qrupla (Immortal, Blasphemy) ortaq tək bir xüsusiyyətimiz də yox idi. Bizim üçün həqiqətən pis bir təcrübə idi."

Bir müddət sonra qrup, səsyazma şirkəti olan Osmose Recordings ilə problemlər yaşamağa başladı. Buna görə də 1994-cü ildə Osmose Recordings ilə olan kontrakt yenilənmədi və qrup, hazırladıqları yeni albomları üçün yeni bir şirkət axtarışına başladı. Bir neçə ay sonra Unisound Records ilə razılaşmağa qərar verdilər və həmin il "Non serviam" albomunu çıxardılar. Bu albom onlara gözlədiklərindən qat qat daha böyük bir müvəffəqiyyət gətirdi. Yunanıstanda Metal Hammer'in təşkil etdiyi "Ən yaxşı 100 Heavy Metal Albomu" səsverməsində "Non serviam" 59-cu seçildi. Eyni səsvermədə bir əvvəlki albomları "The Mighty Contract" isə ilk 200-ə girməyi bacardı.

Yeni şirkətlərindən də məmnun olmayan qrup heç kimə xəbər vermədən bir neçə yeni mahnı yazdı və hazırladıqları bu demo işini Almaniyanın iki musiqi nəhəngi Century Media və Nuclear Blast Records da daxil olmaq üzrə bəzi musiqi şirkətlərinə göndərdi. Gələn təkliflər nəticəsində Century Media Records ilə 6 albomluq bir müqavilə bağladılar. Və çox keçmədən 1996-cı ildə yeni albom "Triarchy of the Lost Lovers" satışa çıxdı. İlk dəfə xaricdə hazırladıqları bu albomda Rotting Christ'in black metaldan uzaqlaşdığı, aqressivliyini itirib heavy metal yönümlü bir musiqi hazırladığı açıqca görünürdü. Bu albomdan sonra Moonspell, Theatre of Tragedy, Amorphis, Cannibal Corpse, Therion kimi böyük qruplarla cəmi 14 fərqli ölkədə konsert verdilər. Bu arada qrupun bas gitaristi Jim, kifayət qədər pula sahib olub özünə Afinanın mərkəzində Metal Era adlı bir dükan açdıqdan sonra qrupun sıx tempi ilə ayaqlaşa bilmədiyini səbəb gətirərək qrupu tərk etdi. Sakis isə mahnı yazmağa və Rotting Christ'ə yeni üzvlər axtarmağa davam etdi.

1997-ci ildə qrup bas gitarist Andreas'ı heyətlərinə qatmışdı və yeni albom hazırlığı içində idi. Avqust ayında yeni albomları "A Dead Poem" satışa çıxarıldı. Bu albom Rotting Christ'in ticari baxımdan ən böyük müvəffəqiyyət qazandığı albom oldu. Albom heavy metal riffləri, orta səviyyədə gedən bir temp və bol-bol atmosferik element daşıyırdı. Yəni qrup bu albomda black metaldan daha da uzaqlaşmışdı. Hətta qrup, black metaldan elə sıyrılmağa çalışırdı ki loqosunu da bu albomdan sonra dəyişdirdi, qotik bir xona üstünlük verdi. Fanatik pərəstişkarlarının bir qismi "köklərini və black metal keçmişlərini unutduqları" səbəbiylə qrupa sərt reaksiyalar göstərdi. Rotting Christ isə onları yeni musiqiləriylə də qəbul edən dinləyiciləri ilə yoluna davam etdi. Qrup üçün, reallaşdırdıqları 3 Türkiyə konserti böyük əhəmiyyət daşıdı, çünki hər konsertdə 1000 nəfərdən çox dinləyici vardı. Ardından da Tiamat'la 20 günlük bir Avropa turuna çıxdılar. Qrupun bir müddət sonra yeni albom üçün studiyaya daxil oldu. Hazırladıqları və "Sleep of the Angels" adını verdikləri albom 1998-ci ilin yanvar ayında çıxdı. Bu albomda gotik elementlər gözə çarpırdı amma albom daha çox metal yönümlü idi.

Rotting Christ 2000-ci ilin yazında "Khronos" albomunu çıxardı. Bu albom qrup üçün bir geri qayıdış kimi idi. "Khronos" uzun bir aradan sonra ilk dəfə black metal xüsusiyyətləri daşıyan albom olmuşdu. Hətta "Thou Art Blind", "Aeternatus" və "Glory Of Sadness" tam mənasıyla black metal mahnıları idi. Qrup bu albomdan sonra da hər zamanaki kimi siyahı lideri olaraq bir Avropa turuna çıxdı. Bu səfər onlara Vintersorg, Madder Morten və məşhur Tristania qrupu yoldaşlıq etdi.

2001-ci ilin iyulunda qrup ikinci dəfə Afinadakı Rockwave festivalına qatıldı. Judas Priest, Savatage, Megadeth, Cradle of Filth kimi böyük qruplarla eyni səhnəni paylaşdılar. Bir il sonra isə yeddinci tam albomları üçün Stage One studiyalarına qayıtdılar. Prodüserliyini Sakis və Endi Klassen'in boynuna götürdüyü bu alboma Yunanca bir söz olan "Genesis" adı verildi və albom 2002-ci ildə çıxdı. Qrup bu albomun qapağında yenidən köhnə loqosunu istifadə etmişdi. Çünki black metala geri qayıtmışdı. Hazırladıqları musiqi, ilk dövrlərindəki saf black metalın daha estetik bir halı kimi qəbul olundu. Beləcə köhnə pərəstişkarlarını yenidən qazandılar.

Rotting Christ, 2007-ci ildə "Theogonia" adlı doqquzuncu studiya albomunu çıxartdı. Bu albom tamamilə black metal albomu idi. Qrup bu albomdan etibarən artıq Season of Mist şirkəti ilə işləməyə başladı. Albom uğurlu oldu. Qrup bu albomdan sonra İtaliya, BraziliyaRusiyanı əhatə edən bir tur təşkil etdi və bu ölkələrdə müxtəlif konsertlər verdi.

"Theogonia" albomu 2007-ci ildə Metal Storm internet jurnalı tərəfindən ilin ən yaxşı Black metal albomu seçildi.

Qrup "Aealo" adlı onuncu studiya albomunu 2010-cu il 15 fevral tarixində yayımladı. Bu albomun səciyyəvi xüsusiyyəti musiqi stili və sözlərinin katastrofa, fəlakət və məhv haqqında olması idi.[3]

Κata Τon Daimona Εaytoy

[redaktə | mənbəni redaktə et]

Qrupun on birinci studiya albomudur. Dark metal janrındadır. 2012-ci ilin İyul-Oktyabr ayları arasında yazılmış və 2013-cü ilin mart ayı yayımlanmışdır. Bu albomun səciyyəvi xüsusiyyəti İnka, Mayya, SlavyanYunan mifologiyalarından okkultist mövzular haqda olmasıdır.[4]

  1. DaRonco, Mike. "Rotting Christ bioqrafiyası Arxivləşdirilib 2022-09-21 at the Wayback Machine".
  2. "Bioqrafiya". 2011-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-15.
  3. "Sakis Tolisin müsahibəsi". 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-15.
  4. "2013-cü il müsahibəsi". 2013-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]