Rovan Univerisiteti (ing. Rowan University) — Nyu Cersi ştatının Glassboro şəhərindəki universitet.
Rovan Univerisiteti | |
---|---|
ing. Rowan University | |
39°42′39″ şm. e. 75°07′06″ q. u. | |
Əsası qoyulub | 1923 |
Tip | Dövlət Univerisiteti |
Prezident | Donald Farish |
Rektor | Ali Housmand |
Tələbə sayı | 19.678[1], 16.466[2] |
Şəhər | Nyu-Cersi |
Ölkə | |
Sayt | rowan.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Məktəb 1923-cü ildə Glassboro Normal School adı altında, ilk və orta dərəcəli dövlət məktəblərində fəaliyyət göstərəcək müəllim yetişdirmək məqsədi ilə qurulmuşdur. Təhsilə 200-ə qədər şagirdlə başlayan məktb, 1930-cu ildə Nyu-Cersi Əyalət Müəllim Kolleci, 1958-ci ildə də Glassboro Dövlət Kolleci adını aldı. 1960'lara gəlindikdə məktəb özəlliklə təhsil fakültəsi ilə ölkə ərazisində bir ad sahibi olmağa başladı. 1970'lərdə biznes, xəbərləşmə və rabitə, gözəl sənətlər, fənn-ədəbiyyat kimi yeni bölmələr əlavə olunaraq daha geniş əhatəli bir təhsil qurumu halına gəldi.Ancaq məktəbin talehi 1992-ci ildə edilən bir ianə sayəsində dəyişdi.Cənub Nyu-Cersi mərkəzli "Inductotherm" adlı şirkətin qurucusu- Henry Rovan və yoldaşı Betty, məktəbə 100 milyon dollarlıq ianə etdiklərini açıqladılar. Bu miqdar o zamana qədər bir dövlət məktəbi üçün edilən ən böyük ianə idi.İanənin 2 şərti vardı: Bir mühəndislik fakültəsi qurulması (ki o zamana qədar cənub Nyu-Cersidə mühəndislik təhsili verən bir məktəb yox idi) və dünya ərazisində "Inductotherm" şirkətinin bütün işçilərinə təqaüdlə oxuma imkanı verilməsi. Henry Rovan'ın belə bir təlebi olmamasına baxmayaraq məktəbin adı öncə 1992-ci ildə "Nyu-Cersi Rovan Kolleci" (Rowan College of New Jersey) olaraq dəyişdirildi. Bu ianə sayəsində açılan mühəndislik fakültəsi sayəsində məktəb Nyu-Cersi Ali təhsil Qurumu'nun təsdiqi ilə universitet statusu almağa haqq qazandı və 21 Mart 1997-ci ildə adını "Rovan Univerisiteti" olaraq dəyişdirdi.[3]
2007-ci ilin yarım ili etibarı ilə Univerisitetin yeddi fakültəsində toplam 10,091 tələbə təhsil görməkdədir. Bunların 8918'i bakalavr tələbəsi , 1179'u isə aspirant və doktorant tələbələrindən ibarətdir. Universitetin təhsil və gözəl sənətlər bölmələrinin tanınması səbəbi ilə qız tələbə sayı(5562), oğlan tələbə sayından daha çoxdur. Etnik olaraq tələbələrin 78.3%-i Qafqazlı, 8.4%-i qara dərili, 6.6%-i latın və 3.2%-i isə Asiyalıdır. Cənub Nyu-Cersi bölgəsində yaşayan və nüfuzu getdikcə artan Türklər sayəsində universitetin Türk tələbə sayında son illərdə artım olmuşdur. Univerisitedə biri Elektrik, elektronik ve Kompüter mühəndisliyi , biri Riyaziyyat, biri maliyyə , biri də marketinq sahələrində fəaliyyət göstərən 4 Türk əsilli müəllim mövcuddur. Toplam müəllim sayı 617 olub, bunların 78.6%-i daimi işçilərdir. Universitet toplam 1759 işçisi ilə bölgənin ən böyük iş ilə təmin edən yeri vəziyyətindədir.
Univerisitetin keyfiyyəti və reputasiyası "Campbell Library" , Əsas kitabxana Universitetinin yüksələn keyfiyyəti və bacarıq qrafiki digər bir çox qurum, dərgi və dəyərləndirmə quruluşları tərəfindən dəyərləndirilmişdir. Belə ki, 2008 akademik ili üçün "U.S. News & World Report" dərgisi, Amerika'nın Ən Yaxşı Məktəbləri siyahısında, Amerika'dakı minlərcə məktəblər arasında Rovan'ı 28-ci sırada göstərmişdir. Eyni jurnal Mühəndislik Fakültəsi'ni də, yenə məktəblər arasında ABŞ'ın ən yaxşı 16-cı Mühəndislik Fakültəsi olaraq seçmişdir. Bənzər şəkildə "Kiplinger" jurnalı Rovan Univerisiteti ödənən təhsil haqqının qarşılığının ən yaxşı. şəkildə verilməsi üzrə 100 dövlət universitetindən biri ("100 Best Buys in Public Colleges and Universities") olaraq göstərilmişdir.[4]
Univerisitetin qəbul dərəcəsi 2009-cu tədris ilində Rovan, qəbul olmaq istəyən şagirdlərin 57%-i qəbul olmuşdur.
Qərb kampusu Donald Fariş'in liderliyində univerisitet gələcəyə dair planlar edib, bu məqsədlə günümüzdə 3 km qərbdə, indiki toplam universitet sahəsinin 2.5 misli böyüklüyündə bir ərazi satın almışdır. Qərb Kampusu adı verilən bu ərazi'yə yeni tələbə yataqxanaları, atletik və idman təsisləri ve texnologiya parkları salınması planlaşdırılır.
Cənubi Nyu-Cersi Texnologiya Parkı Araşdırma,təkminləşdirmə yeni texnologiyaların ixtirası və yeni kiçik və orta ölçülü şirkətlərin qurulmasına dəstək olması məqsədi ilə 2006-cı ildə təməli qoyulan Cənubi Nyu-Cersi Texnologiya parkı 20 noyabr 2008-ci il tarixində "Vayback Machine" hesabında arxivləndi və Cənubi Nyu-Cersi Texnologiya Parkı(South Jersey Technology Park - SJTP) 2008-ci ilin ilk yarısında açıldı. SJTP'nın ilk binası, binanın tikilməsinə 1 milyon dollar ianə edən Samuel H Jones'nın adını daşıyır. Binanın birinci qatı Rohrer Finans Fakültəsi 7 sentyabr 2008-ci il tarixində "Vayback Machine" hesabında arxivləndi. Və Mühəndislik Fakültəsi 8 noyabr 2008-ci il tarixində "Vayback Machine" hesabında arxivləndi. İkinci qatı isə Tədris Bilgi və Resurs mərkəzi tərəfindən istifadə edilir.
Rovan Univerisiteti Cooper Tibb Fakültəsi 26 iyun 2009-cu il tarixində Rovan Univerisiteti ilə Camden'dəki Cooper Universitet xəstəxanası birləşərək Cənubi Nyu-Cersidəki ilk tibb fakültəsini ortaq qurmağı qərara aldılar. Bu yeni məktəb Rovan Univerisiteti Cooper Tibb fakültəsi 22 noyabr 2010-cu il tarixində "Vayback Machine" hesabında arxivləndi. Ancaq UMDNJ'nın maddi sıxıntıları və Cooper'ın UMDNJ ilə bərabərliyindən razı olmaması sebebiyle Nyu-Cersi qubernatoru Jon Corzinin Rovan'ın daxilində olmağına qərar verdi.
7 fakültə var:
Rovan Univerisitetinin əsas yerləşmə mərkəzi Nyu-Cersi əyalətinin cənubunda, "Gloucester" də olan "Glassboro" şəhərindədir. Glassboro, ABŞ'ın ən böyük 5-ci şəhəri olan Filadelfiya'nın 30 km cənubunda yerləşir. Filadelfiyadan məktəbə avtobus səfərləri var. Univerisitetin bir də "Camden" şəhərində yerləşir. Camden isə Pensilvanya ilə Nyu-Cersi əyalətlərini ayıran "Delavare" çayının sahilində, Filadelfiya şəhərinin çaya görə tam qarşısında yerləşir. Universitet Filadelfiya'ya olan yaxınlığına görə, şimalda Nyu York'a və cənubda Baltimore'ə 150 km, yenə cənubda Vaşington'a 200 km məsafədədir. Univerisitetə ən yaxın beynəlxalq hava limanı "Philadelphia International Airport" (PHL)'dur.[5]