Robert Elliot "Roy" Urkhart (ing. Robert Elliot "Roy" Urquhart; 28 noyabr 1901[1][2], London – 13 dekabr 1988[1][2]) — Britaniya hərbi lideri, Britaniya Ordusunun general-mayoru, İkinci Dünya müharibəsi, ərəb üsyanının yatırılması və Malayyada müharibənin iştirakçısı. O, İkinci Dünya müharibəsi illərində 1-ci Hava Desant Diviziyasına komandirlik etmiş, İtaliya, Hollandiya və Norveçdə döyüşmüşdür.
Roy Urkhart | |
---|---|
ing. Robert (Roy) Elliott Urquhart | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 noyabr 1901[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 13 dekabr 1988[1][2] (87 yaşında) |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Britaniya Ordusu[d] |
Xidmət illəri | 1920-ci ildən |
Rütbəsi | general-mayor[3] |
Döyüşlər |
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Robert Elliot "Roy" Urkhart İngiltərədə, Midlseks qraflığındakı Şepperton kəndində Şotlandiya əsilli diş həkimi ailəsində anadan olmuşdur. O, Londondakı Müqəddəs Pavel məktəbində və Sandherstddə Kral Hərbi Kollecində təhsil almışdır. 24 dekabr 1920-ci ildə Britaniya Ordusunun Yüngül Dağ Piyada alayında ikinci leytenant rütbəsində məzun olmuşdur.[4][5][6][7]