Ruanda Vətənpərvər Cəbhəsi

Ruanda Vətənpərvər Cəbhəsi (RVC) — həm hutu, həm tutsi nümayəndələrindən ibarət hərbi-siyasi təşkilat. 1988-ci ildə mühacirlər tərəfindən Uqandada qurulan bu təşkilat, bütün qonşu ölkələrdə sürgün edilmiş tutsi və mülayim hutu millətlərindən kadrlar toplayırdı. Liderləri Pol Kaqame sayılır.

Ruanda Vətənpərvər Cəbhəsi
Sədri Pol Kaqame
Quruluş tarixi dekabr 1987
Baş qərargah
İdeologiya Populizm, millətçilik, iqtisadi liberalizm[d]
Saytı rpfinkotanyi.rw/index.ph…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  • 2 oktyabr 1990-cı ildə RVC Ruanda hökumətinə qarşı hərbi əməliyyat başlatdı, cəbhənin 500 silahlı birləşmə üzvləri sərhədi keçdilər.
  • 1990, 7 oktyabr — sayca üstün və ağır silahlanmış hökumət qüvvələri əks-hücuma başladılar. Oktyabr ayının sonlarında silahlı birləşmə üzvləri Uqandaya çəkilməli oldular.
  • 1991, 23 yanvar — RVC bölmələrinin Ruhengeri şəhərinə basqını və Ruanda ordusunun əsas qüvvələrinin gəlməsindən əvvəl geri çəkilməsi.
  • 1993-cü ildə hərbi əməliyyatların dayandırılmış və dövlət idarəsindəki vəzifələrin bölünməsi barədə müqavilə imzalandı, ancaq hər iki tərəf buna yalnız nominal yanaşmış və dəfələrlə sabotaj edirdi.
  • 1994, 7 aprel — Ruandada soyqırımın başlanmasına cavab olaraq RVC təxminən 25 min nəfərlə hücuma keçdi.
  • 1994, 4 iyul — RVC qoşunları paytaxta daxil oldu.
  • 1994, 21 avqust — RVC qüvvələri ölkənin bütün ərazisinə nəzarət qurdu.Siyasi qanad partiyaya çevrildi, hərbi qanad isə Ruanda Vətənpərvərlər Ordusunu qurdu.

RVC hazırda Ruandada hakim partiyadır. O, 2003 və 2008-ci illərdə parlament seçkilərində qazanmışdır.

  • Wm. Cyrus Reed. The Rwandan Patriotic Front: Politics and Development in Rwanda. A Journal of Opinion, Vol. 23, No. 2, Rwanda (1995)
  • Wm. Cyrus Reed. Exile, Reform, and the Rise of the Rwandan Patriotic Front. The Journal of Modern African Studies, Vol. 34, No. 3 (Sep., 1996)