Rubus odoratus

Ətirli moruq (lat. Rubus odoratus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.

Ətirli moruq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Şimali Amerikadır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1-1,5 m olan yarımkoldur, çətirinin diametri 1,5-2 m olmaqla şaxələnmişdir. Yarpağı 3-5 hissəli, eni 2,5 sm-ə qədər olub, tünd yaşıl, üzəri tükcüklüdür. İyun-avqust aylarında çiçəkləyir. Çiçəkləri al-qırmızı və ya çəhrayı rəngli olub, diametri 3-5 sm-ə çatır, ətirlidir. Çiçəkləmə dövründə gözəl görünür. Meyvələri yeməli, qırmızıdır, diametri 0,5 sm-dir. Kök zoğları və toxumlarla çoxalır.

Nəmişli torpaqlarda, kök zoğları verərək çoxalır. Kölgəyə və soyuğa davamlıdır. Qışda sərt şaxtalarda donur, lakin yazda yenidən bərpa olunur.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-da təbii halda yaylmışdır.

Abşerona ətirli moruğu ilk dəfə 1930-ci ildə Rusiyadan gətirmişlər. Ətirli moruqdan dekorativ bitki kimi tək və ya qrup əkinlərində, canlı hasarların salınmasında istifadə etmək olar.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 494.