Yuhan Rudolf Çellen (isv. Johan Rudolf Kjellén; 13 iyun 1864[1][2][…] – 14 noyabr 1922[1][3][…], Uppsala[d][3][1][…]) — İsveç sosioloqu, politoloqu.
Rudolf Çellen | |
---|---|
isv. Rudolf Kjellén | |
Doğum tarixi | 13 iyun 1864[1][2][…] |
Vəfat tarixi | 14 noyabr 1922[1][3][…] (58 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | politoloq, universitet müəllimi[d], siyasətçi, coğrafiyaşünas |
Vikianbarda əlaqəli mediafayllar |
"Geosiyasət" termini iki yunan sözü - geo - yer, torpaq, politike - siyasət - sözlərinin birləşməsindən əmələ gəlib.
Elmə bu termin ilk dəfə 1916-cı ildə isveçli professor R.Çellenin yaradıcılıq axtarışları nəticəsində daxil olub. O, geosiyasəti (ekosiyasət, demosiyasət, sosiosiyasət və kratosiyasət ilə birgə) siyasət elminin ən vacib bölmələrindən biri kimi qəbul edirdi. O, geosiyasətə "Məkanda təcəssüm etmiş coğrafi orqanizm olan Dövlət haqqında elm" tərifini də verib. Geosiyasətin bu cür elmi təfsiri siyasi nəzəriyyədə coğrafi determinizmdən kənara çıxmırdı. Coğrafi determinizmə əsasən, insanın mədəni və sosial birliklərinin təşkili coğrafi amillər olan iqlim, ərazi və s. ilə müəyyənləşdirilirdi. Burada əsas məqam dövlətin məskunlaşdığı və fəaliyyət göstərdiyi ərazini genişləndirməyə çalışan xüsusi orqanizm kimi təqdim olunmasıdır. Dövlətin əsas atributu isə, məkan, daha dəqiq desək, siyasi məkan qəbul olunur.