Qızıl gül olmayaydı... (film, 1965)

Biri vardı, biri yoxdu... Yox, bu nağıl deyil, əsil həqiqətdir. Acı bir həqiqət! Gözəl xəyallar, puça çıxmış ümidlər, acı peşimançılıq və nakam məhəbbət haqqında bir həqiqət... Bu, Odlar yurdunun oğlu Mikayıl Müşfiqdir. Azərbaycanın xalq şairi Rəsul Rza gənclik dostu, vaxtsız həlak olmuş şair haqqında öz söhbətinə belə başlayır.

Qızıl gül olmayaydı...
Janr bioqrafik
Rejissor Nazim Abbas
Əsərin müəllifi Rəsul Rza
Ssenari müəllifi Rəsul Rza
Operator Nəriman Şıxəliyev
Bəstəkar Ruhəngiz Qasımova
İstehsalçı Bakı Televiziya Studiyası
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Ölkə SSRİ SSRİ
İl 1965
Texniki məlumatlar 2 hissə
590 metr
35 mm

Gecə qapım döyüldü
Görəsən kimdir gələn?
- Kimsən?
- Mən
Açdım qapını
Baxdım
Baxdım...

Müşfiq cəmi 29 il ömür sürsə də, Azərbaycan ədəbiyyatında silinməz iz buraxmışdır. O öz yaradıcılığında lirika ilə pafosu incə məhəbbətlə vəhdət şəklində tərənnüm edən qüdrətli bir şair, Şərq şerinin zirvələrinə qalxmış bir sənətkar idi. Müşfiqin xatirəsi əbədi yaşayacaq. Çünki onun şerləri əbədidir.

Müəlliflər filmdə bu barədə şairin həyat və yaradıcılığı, faciəli ölümü haqqında söhbət açırlar.

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]
1) 1969-cu ildə İrəvanda keçirilən "Prometey-69" zona festivalı
  • Film mövzunun nəcibliyi və ən yaxşı ssenariyə görə iki diplom almışdır.

Film Rəsul Rzanın eyniadlı poeması əsasında çəkilmişdir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Nazim Abbas
Əsərin müəllifi: Rəsul Rza
Ssenari müəllifi: Rəsul Rza
Operator: Nəriman Şıxəliyev
Bəstəkar: Ruhəngiz Qasımova
Səs rejissoru: Ruhəngiz Qasımova