Ruhin Xəlilov

Ruhin Xəlilov (azərb. Xəlilov Ruhin Müzəffər oğlu‎; 13 mart 1987, Məzrə, Cəbrayıl rayonu21 oktyabr 2020, Qubadlı rayonu) — Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçisi, Birinci dərəcəli dövlət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi

Ruhin Xəlilov
Şəxsi məlumatlar
Doğum tarixi 13 mart 1987(1987-03-13)
Doğum yeri
Vəfat tarixi 21 oktyabr 2020(2020-10-21) (33 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Ədliyyə Nazirliyi
Xidmət illəri 2020
Rütbə Kapitan
Döyüşlər İkinci Qarabağ müharibəsi
Təltifləri , "Fəxri Ədliyyə İşçisi"

Həyatı[redaktə | mənbəni redaktə et]

Xəlilov Ruhin Müzəffər oğlu 13.03.1987-ci ildə Cəbrayıl rayonu Məzrə kəndində anadan olmuşdur.Xırdalan şəhər 1 nömrəli tam orta məktəbini bitirmişdir. Bakı Asiya Universitetinin hüquq fakültəsində bitirmişdir.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışıb. Birinci dərəcəli dövlət qulluqçusu olub.Ədliyyə kapitanı idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

İkinci Qarabağ müharibəsi başlayan gündən könüllü olaraq Cəbrayıl rayon hərbi komissarlığına müraciət edib. Ruhin Xəlilov 21 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. İkinci fəxri xiyabanda dəfn edilmişdir.

Təltifiləri[redaktə | mənbəni redaktə et]

  • (15.12.2020) — "Vətən uğrunda" medalı-Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda“ medalı ilə təltif edilmişdir.[2]
  • Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən İcra Baş İdarəsinin “Fəxri Ədliyyə İşçisi” adı verilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İsti kabinetini soyuq səngərə dəyişən kapitan - Ədliyyə zabitinin şəhidlik YOLU". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-18.
  2. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-18.