Məzrə — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sarıcallı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Şükürbəyli kənd Sovetindən Məzrə kəndi Sarıcallı kənd Sovetinin tərkibinə verilmişdir.[2] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 5 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğalından azad edilmişdir.[3]
Məzrə | |
---|---|
39°19′ şm. e. 47°06′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 280 m |
Saat qurşağı | |
1918–1920-ci illərdə Azərbaycan–Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Məzrə kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 5 nəfər öldürülmüşdür.[4]
Kənd düzənlikdə yerləşir.
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Cəbrayıl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |