Ruhlu ev

"Amitivill qorxusu" filminin çəkilişlərinin edildiyi ev.

Paranormal hadisələrlə dolu ev (ing. Haunted House) və ya Ruhlu ev (ing. Ghost House) — adətən içərisində keçmiş sakinlərinin bədənlərini tərk edən ruhların yaşadığı sezilən yaşayış evi. Parapsixoloqlar ruhları adətən qətl, təsadüfi ölüm və ya intihar kimi faciəvi hadisələrdən əziyyət çəkmiş sakinlərlə əlaqələndirir.[1]

Əksər hallarda, elmi istintaq nəticəsində fövqəltəbii və ya paranormal adlandırılan hadisələrin arxalarında yalanlar, ekoloji təsirlər, hallusinasiyalar və qərəzli yanaşmalar kimi başqa şeylərin dayandığı aşkar olunur. Böyük, köhnə və tərk edilmiş evlər, o cümlədən qalalar içərisində baş verən paranormal hadisələrlə bilinir. Baş verdiyi iddia edilən hadisələrə cırıldama səsləri, tərpənməz əşyaların hərəkəti və ruhların görünməsi aiddir.

2005-ci ildə üç ölkədə – ABŞ, KanadaBöyük Britaniyada keçirilən sorğuya əsasən, insanlar siyahıda qeyd olunan digər paranormal hadisələr əvəzinə, ruhlu evlərə inanır.

  1. Watts, Linda S. Encyclopedia of American Folklore. Infobase Publishing. 2007. 192–. ISBN 978-1-4381-2979-2. 21 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 May 2012.
  • Fielding, Yvette; O'Keeffe, Ciaran. Ghost Hunters: A Guide to Investigating the Paranormal. Hachette UK. 2011. ISBN 978-1-4447-4029-5.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]