Ruhullah Zəm

Ruhullah Zəm (fars. روح‌الله زم‎; 27 iyul 1978, Tehran12 dekabr 2020[1], Tehran) — İran ictimai fəalı və jurnalisti.[2] O, hökumət korrupsiyası haqqında sənədləri yayımlamaqla tanınır. Zəm 2009-cu ildə İran İnqilab Keşikçiləri tərəfindən həbs edilmişdi. Həbs edilməsindən və İranı tərk etməsindən sonra 2015-ci ildə "Amad News" adlı "Telegram" kanalı açan Zəm 2017–2018-ci il İran etirazları zamanı əhəmiyyətli jurnalistik fəaliyyət göstərmişdir.[3] "Voice of America" portalının farsdilli bölməsi onu tez-tez buraxılışlarına dəvət edir.[4][5]

Ruhullah Zəm
fars. روح‌الله زم
Doğum tarixi 27 iyul 1978(1978-07-27)
Doğum yeri
Vəfat tarixi 12 dekabr 2020(2020-12-12)[1] (42 yaşında)
Vəfat yeri
Vəfat səbəbi asılma[d][1]
Həyat yoldaşı Məhza Rzani
Fəaliyyəti jurnalist, esseist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ruhullah Zəm 1978-ci ildə İranın paytaxtı Tehran şəhərində, ruhani ailəsində anadan olmuşdur.[4] Onun atası Məhəmmədəli Zəm 1980–1990-cı illərdə müxtəlif dövlət vəzifələrində çalışmış bir islahatçı idi.[3] Ruhullah Zəm 2009-cu ildə keçirilən etiraz aksiyalarına qoşulmuş, bir müddət Evin həbsxanasında saxlanılmışdır. O, 2011-ci ildə Əli Xameneiyə göndərdiyini açıq məktubda işgəncəyə məruz qaldığını bildirmişdir.[6] Zəm daha sonra Fransaya mühacirət edir.[7]

İran İnqilab Keşikçiləri 14 oktyabr 2019-cu ildə bəyan etmişdir ki, Ruhullah Zəm İrana qayıdıb və orada saxlanılıb. Keşikçilər bu xəbəri "Amad News" kanalını ələ keçirərək orada paylaşmışdır.[8]

İran məhkəməsi 30 iyun 2020-ci il tarixində Ruhullah Zəm barəsində edam hökmü çıxarmışdır.[9]

  1. 1 2 3 https://www.elperiodico.com/es/internacional/20201212/ejecutado-iran-periodista-ruhollah-zam-11383361.
  2. Nəcibulla, Firəngiz. "Controversial Exile Using Social Media To Try To Bring Down Iranian Government". rferl.org (ingilis). Radio Free Europe. 5 yanvar 2018. September 22, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2020.
  3. 1 2 Qambrell, Con. "Protests in Iran fanned by exiled journalist, messaging app". apnews.com (ingilis). AP News. December 31, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2020.
  4. 1 2 Əlfuni, Əli. "Tehran's campaign against the opposition raises questions". thearabweekly.com (ingilis). The Arab Weekly. July 3, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2020.
  5. "The App Powering the Uprising in Iran, Where Some Channels Pushed for Violence". thedailybeast.com (ingilis). The Daily Beast. February 1, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2020.
  6. "نامه روح‌الله زم به رهبر ایران در مورد بدرفتاری در زندان". bbc.com/persian (fars). BBC News. 20 fevral 2012. December 12, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2020.
  7. Əbri, Ehsan. "With highspeed internet, the regime would be gone in a month". www.bild.de (ingilis). Bild. August 9, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2020.
  8. "ایستگاه خبر؛ دوشنبه ۲۲ مهر ماه ۱۳۹۸". bbc.com/persian (fars). BBC Persian. November 17, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2020.
  9. "Jurnalist Ruhullah Zəm haqqında edam hökmü çıxarılıb". azevoice.az (az.). Aze Voice. 30 iyun 2020. June 30, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2020.