Ruqə xətti

Rüqə xətti[1][2] və ya ruqə xətti[3] — ərəb xətt növü. Ruqə xətti (hərfi tərcüməsi "məktub", "dəri parçası" deməkdir) – Sürətli yazı xətti olan ruqə də tuqi kimi XIII əsr şairi və xəttatı Əbülfəzl Dinəvəri tərəfindən yaradılmışdır. Bu bədii xətt növü ərəb əlifbasındakı klassik altı xətt növünə daxildir. Ruqə orta əsrlərdə əvvəllər adi əlyazmalarda, sonralar isə kitab başlıqlarında, ünvanların yazılışında tətbiq olunmuşdur. Ruqə xətti sadə və estetik, təsiri zəif olduğu üçün həmin xətdən kitab üzü köçürülməsində çox nadir hallarda istifadə edilmişdir. Bu xətt Azərbaycanda daha az məlum olan xətt növü kimi tanınsa da, AMEA Əlyazmalar İnstitutunda rüqə xətti ilə yazılmış 6 ərəbdilli əsərin saxlandığı müəyyən edilmişdir. Hazırda, əsasən ərəb ölkələrində adi yazıda geniş istifadə olunur.[3]

  1. Әбдүлбаги Тәбризи // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 125.
  2. Əbdülbaqi Təbrizi // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.
  3. 1 2 Adilov M. M.. Azərbaycan paleoqrafiyası Arxiv surəti 13 sentyabr 2024 tarixindən Wayback Machine saytında. Bakı: Elm, 2009, 224 s.