Rus xalq musiqisi

Rus xalq musiqisi kökləri 9-cu əsrdə ilk Rus dövləti yaranadək qədim rus torpağında yaşamış şərqi slavyan tayfalarının mahnı yaradıçılığı ilə bağlıdır. 9-10-cu əsrlərdə rus və digər şərqi slavyan xalqlarının formalaşmasında ilk böyük nailiyyətlər isə Kiyev Rus dövlətinin adı ilə bağlıdır. Çünki qədim rus dövlətinin paytaxtı Kiyev yüksək mədəniyyətə malik beynəlxalq mərkəz idi. Rusiya tarixində Kiyev dövrü mədəniyyətin coşğun inkişafı ilə səciyyəvidir. Bu zaman müxtəlif sənət növlərinin ,rəngkarlığın, memarlığın, ədəbiyyat və musiqinin intensiv inkişafı üçün əlverişli şərait var idi. Xalq yaradıcılığının ən müxtəlif janrları inkişaf etmiş , kilsə oxuma sənətinin ilk formaları (znamenli oxuma üsulu ) yaranmış, knyaz malikanələrinin məişətinə xas olan, mərasimləri müşayiət edən musiqi geniş yayılmışdır.

Xalq yaradıcılığının maraqlı qollarından olan qəhrəmanlıq eposu Kiyev rus dövlətinin musiqi həyatında mühüm yer tuturdu. Xalq arasında yaranıb yayılan epik-rəvayətlər 19-cu əsr ədəbiyyatında "bılina" adını almışdır( reçetativ deklomasiya) .

Qədim Kiyev dövlətində skomorox sənəti də təşəkkül tapmışdır. Bu, qədim rus aktyor sənətinin bir tipidir. Skomoroxlar qədim rus incəsənətində xalq demokratik ənənələrinin nümayəndələri idilər. Rusiyada skomoroxluq yad, ötəri hal deyil. Onun xarakterində millilik parlaq şəkildə əks olunur və xalq yaradıcılığının formaları ilə onun qırılmaz əlaqəsi özünü göstərirdi. Skomorox tamaşaları və həmin tamaşalarda oxunan mahnılar ifşaedici elementləri . feodal cəmiyyətinin hakim təbəqələrinə , xüsusən ruhanilərə qarşı çıxması ilə səciyyəvi idi. Məlumdur ki, sonralar ( xüsusən 17-ci əsr Rusiyasında kəskin sinfi ziddiyyətlər dövründə) skomoroxlar xalqın güclənməkdə olan etirazının yeganə ifadəçilərinə çevrilmişdilər.

11-ci əsrin axırlarından 14-cü əsrədək Rusiya feodal dağınıqlığı dövrü kimi tanınır. Həmin dövrdə Kiyev rus dövləti bir sıra səbəblər üzündən parçalanmış və ayrı-ayrı rys torpaqlarına bölünmüş, mədəni inkişafda tənəzzül başlamışdır. Bu zaman Novqorod rus musiqi və təsviri sənətində böyük rol oyanayırdı. əsl rus skmorox sənəti də Novqorod şəhərində qəti formalaşmış və onun möhkəm ənənlərinin təməli də orada qoyulmuşdur. Kilsə oxuma sənəti tarixində də Novqorod iri mərkəzlərdən birinə çevrilmişdir. 12-14 cü əsrlərdə Novqorod kilsə oxuma məktəbi bir sıra istedadlar, yaradıcı və ifaçılar yetişdirmişdir. Novqorod mühitində qədim rus incəsənətinin başqa bir növü- zəng səsləri kimi formalaşan milli musiqi inkişaf edirdi ( rus kilsələrində zənglərdən 11-ci əsrin ortalarından etibarən istifadə edilməyə başlamışdır.). Novqorod zəng səsləri yüksək sənət musiqisi zirvəsinə çatdırılmışdır.

Qədim rus mədəniyyətinin növbəti mərhələsi 15-16-cı əsrlərdə Mərkəzi( Moskva) Rus dövlətinin yaranması ilə bağlıdır. Həmin dövrün tarixi hadisələri arasında monqol-tatar işğalçılarına qarşı rus xalqının mübarizəsi xüsisi qeyd edilməlidir. Bir neçə il davam etmiş monqol hakimiyyətinə 15-ci əsrin axırlarında Moskva çarı 3-cü İvanın vaxtında son qoyuldu.

Rus mədəniyyətinin 14-cü əsrin sonunda başlanan ümumi inkişafı 15-16-cı əsrlərdə çoxcəhətli xarakter almış , dövrün milli sənətinə xas intibah ünsürləri ilə dolğunlaşmışdır. Xalq mahnı yaradıcılığı yeni obraz və ideyalarla zənginləşmiş, onun ayrı –ayrı janrları formalaşmış, ilk növbədə tarixi mahnı adlana janrı yaranmışdır. Bu mahnılar öz ideya birliyi , dərin vətəndaşlıq hissi və rus torpağının müstəqilliyini əks etdirirdi. Axıcı lirik mahnı janrı da geniş inkişaf edirdi. Ümumiyyətlə, 16-17-ci əsrlərdə rusxalq mahnı sənətinin başlıca xüsusiyyətini çoxsəsli səsaltı üslub təşkil edirdi.

16-cı əsrdə artıq rus kilsə oxuma sənətinin (znamennoye peniye) əsaslərı sistemləşdirilmiş, bu sahədə yaradıcı sənətkarlar meydana gəlmişdi.

17-ci əsr Rus tarixində orta əsr adət və ənənələrinin zəiflədiyi, yeni istehsal münasibətlərinin və mədəni münasibətlərin gücləndiyi dövrdür. Xalq feodolizm quruluşuna qarşı mübarizə aparmışdır. İvan Bolotnikovun rəhbərliyi ilə başlanan kəndli müharibəsi çox böyük əhəmiyyətə malik idi. Stepan Razinin ikinci müharibəsi isə 1667-1671-ci illərdə olmuşdur. Kəndli müharibələri rus xalq yaradıcılığının ən gözəl nümunələri də bu dövrdə yaranmışdır.

Kilsənin nüfuzu dindarlar arasında xeyli aşağı düşürdü, dini mərasimlərə tənqidi yanaşılırdı. Əsrin ortalarında kilsə musiqində kəskin üslub dəyişikliyi baş verirdi: znamenli monodik( təksəsli) oxuma növü sıxışdırılıb aradan çıxarılırdı, orta əsrlərin dini dünyagörüşünün böhranını əks etdirən yeni tipli çoxsəsli oxuma təşəkkül tapdı. Kilsə müğənnliyi sənətində partes (çoxsəsli) xor oxuma üslubu və bu üsluba uyğun əsərlər yaradan musiqiçilər fəaliyyət göstərirdi.

17-ci əsrin ikinci yarısında ( 1672-ci ildə) Rusiyada ilk saray teatrı yarandı. Bu da rus musiqi həyatında əlamətdar bir hadisəyə çevrilmişdir. Lakin 1676-cı ildə köhnə tərəflərin təzyiqi ilə bağlandığına görə bu teatr rus musiqi mədəniyyətinin inkişafında oqədər də mühüm rol oynaya bilməmişdi.

18-ci əsrdə rus milli mədəniyyəti yeni tarixi inkişaf mərhələsinə qədəm qoydu. 1-ci Pyotrun islahatları ailə- məişət qaydalarına həlledici zərbə endirdi. Ümumavropa mədəniyyətinə maarifinə geniş yol açdı.

Rus musiqi sənəti də sürətlə inkişaf edirdi. Dini musiqidən uzaq olan musiqi sənəti formalaşmışdır. Xalq yaradıcılığında yeni folklor təbəqəsi – şəhər xalq mahnısı yaranmışdır.

I Pyotrun islahatları sayəsində müasir həyatla bağlı musiqi meydana gəlmişdir. Məsələn: hərbi nəğmələr, təntənəli nəğmələr, süfrə nəğmələri və s.

Rus xalq mahnı və rəqsləri 2 silsilə şəklində formalaşmışdır: mövsüm(məhsul yığımı, əkin və s.) və mərasim ( toy, uşağın anadan olması, dəfn mərasimi və s.). Bunlar əsasən fərdi lirik mahnılardır( məs: "Ax tı duşeçka"və s.). Qədim rus epoxasına knyaz tərifləri ilə instrumental musiqini birləşdirən qəhrəmani balladalar xarakterikdir.

Mahnı folklorunda əsas yeri mövsüm ilə bağlı mahnılar tutur. Bu mahnılar dini bayramlar (əsasən xristian bayramları) və fəsillərlə əlaqədar kiçik silsilələrdən ibarətdir. Bu cür mahnılar özünəməxsus sərtliyi və hər silsiləyə məxsus tonal və ritmik formulu ilə seçilir, politonalsız və sıx maştabını qoruyub saxlamışdır ("İdi, idi, idi koza... və s.).

Epik janrda rus xalq musiqisində əsas yerlərdən birini tutur. Buraya bilınalar, Skmorox mahnıları, qəlb şerləri (şifahi və yazılı) , və tarixi mahnılar ("İz qoroda iz Muroma) daxildir. Epik adət-ənənəyə uyğun olaraq, bu dövrə kimi Şimali Rusiya və Don kazak kəndlilərinin yaddaşında və şifahi folklorunda yaşayan mahnıları göstərmək olar.

Rus musiqisində ən çətin janr lirik mahnılar və əsasəndə onun tipi olan protaj oxumaları adlanan mahnılardır. Bu mahnılar elə bilki 16-17-ci əsrlərdə Moskvada yaranmışdır. Bu mahnılar xalq mahnılarının polifonik və heterofonik tipidir , solistin iştirakı ilə oxunur. Protaj oxumaları toy və dəfn mərasimlərində əsasən qadınlar tərəfindən oxunur.

Xalq mahnıları içərisində əhəmiyyətli yeri "çastuşka" janrında olan mahnılar tutur. Bu komik kupletlər 2 və ya 4 bənddən ibarət olur. Şəhər lirik romansları da rus xalq yaradıcılığının janrı hesab olunur.19-cu əsrdən bu janr geniş yayılmışdır(məsələn: "Ex raz, da eş raz").

12-ci əsrsdə musiqiçi Vasili Andreyev demək olr ki, rus xalq milli alətlərindən orkestr yaratmışdır. Bundan sonra milli musiqi alətləri üzərində hissə-hissə işləyərək, onları çətin kompozisiya ifası üçün hazırlamışlar, beləliklə milli musiqi alətlərinin prototipi yaranmışdır. Andreyev çalışırdı ki, elə bir orkestr yaratsın ki, bu da simfonik orkestrdən heç də fərqlənməsin. Onun səyləri nəticəsində balalayka və dombr aləti rus xalqının arasında yayılmış və nəinki Rusiyada , həmçinin xarici ölkələrdə də populyarlıq qazanmışdır.

Sovet hakimiyyəti dövründə müxtəlif ölkələrdə milli mədəniyyətin yaranması və inkişafı prosesində Andreyevin metodlarından SSRİ və Rusiya tərkibində olan ölkələrin orkestinin yaradılmasında istifadə edilmişdir.

Instrumental musiqi xalq yaradıcılığında vokal musiqidən fərqli olaraq, az əhəmiyyət kəsb edir. Çünki provaslav kilsəsi kilsədə musiqi alətlərindən istifadəni qadağa etmişdir. Musiqi alətlərindən əsasən çobanlar bir neçə rəqs və mahnıların akkompanementində istifadə edirdilər. Simli musiqi alətləri daha geniş yayılmışdır. Məsələn: qusli( 11-ci əsrə təsadüf edən qanad formalı xalq musiqi aləti) , qudok ( 12-ci əsrdən istifadə edilən 3 simli skripka, arxeoloji qazıntılar zamanı qədim Novqorod şəhərindən tapılmışdır), dudka(sopel,11-ci əsr), jaleyka (rojok, 18 –ci əsr), tsevnitsa( 18 –ci əsrdə Rusiyanın cənubunda məşhur idi) və s. Qədim rus əlyazmalarında hərbi trubanın və bubnanın adı çəkilir( 15-ci əsr miniatür kitablarında).

İndiki dövrdə rus musiqisinin simvolu balalayka və bayan alətləridir, bu alətlər rus musiqisinin simvoludur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]