Qurulur Rusiya-Belarusiya sərhədi — Rusiya Federasiyası ilə Belarus Respublikası arasındakı dövlət sərhədi. SSRİ dağılandan bəri RSFSR və Belorusiya SSR ayrı dövlətlərə çevrildikdən bəri mövcuddur. Sovet İttifaqının dağılmasından sonra Rusiya Sovet Federativ Sosialist Respublikası və Balarusiyanın müstəqil dövlətlərə çevrildilər. 1991-ci ilə qədər RSFSR ilə Belorusiya SSR arasındakı sərhəd idi. Hazırda sərhəd məntəqələri və sərhəd nəzarəti praktiki olaraq yoxdur. Sərhəd formal olaraq mövcuddur, lakin gömrük yoxlamaları olmadan sərhədi keçmək olar. Sərhədin uzunluğu 1239 kilometrdir, onun 857.7 km hissəsini torpaq, 362.3 km hissəsini çay və 19.0 km hissəsini isə göl təşkil edir.[1][2] Rusiya və Belarusiyanın xarici ticarəti bu sərhəddən keçir. 1 aprel 2011-ci ildən etibarən sərhəddə nəqliyyat nəzarəti ləğv edildi. 7 fevral 2017-ci il tarixindən etibarən təhlükəsizlik məqsədi ilə Rusiya tərəfində sərhəd zonası yaradıldı.
Rusiya–Belarusiya sərhədi | |
---|---|
Xüsusiyyətləri | |
Dövlətlər | |
Uzunluğu |
|
Tarixi | |
Yaradılıb | |
Vikianbarda əlaqəli mediafayllar |
1995-ci ildə Rusiya-Belarus sərhədində sərhəd nəzarəti ləğv edildi, lakin 2017-ci ildə Rusiya öz tərəfindən sərhəd zonasını bərpa etdi.[3]
Rusiya ölkənin əsas ərazisi ilə əlaqəli olmayan Medvejye-Sankovo anklavına sahibdir ki, bu da təxminən 4.5 kvadrat kilometr ərazini əhatə edir. Anklav Belarusiyanın Qomel vilayətinin Dobruş rayonunun içərisindədir.[4]