Rusiya–Qazaxıstan sərhədi

Rusiya–Qazaxıstan sərhədiQazaxıstan Respublikası ilə Rusiya Federasiyası arasındakı müasir dövlət sərhədi, əvvəllər Qazaxıstan SSR və RSFSR arasındakı inzibati ərazi sərhədi.

Rusiya–Qazaxıstan sərhədi
Xüsusiyyətləri
Dövlətlər
Uzunluğu
  • 6.846 km
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövlət sərhədi 1930-cu illərdə müasir formasını, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra dövlətlərarası statusunu qazanır. Eyni zamanda sərhəd bölgənin xalqlarının - rusların, qazaxların, eləcə də digər millətlərin (almanlar, tatarlar, ukraynalılar) məskunlaşdıqları ərazilərlə üst-üstə düşmür. İki ölkə arasında dünyanın ən uzun fasiləsiz quru sərhədi 7598,8 km-dir (Kanada ilə ABŞ arasındakı sərhəd 8,891 km uzunluğundadır, lakin Alyaska ilə ABŞ-nin qitə ştatları arasında bir boşluq vardır.).

1925-ci ilin fevralında Orenburq quberniyası və Orenburq şəhəri Rusiya Sovet Federativ Sosialist Respublikasının muxtar ərazisi olan Qazaxıstan MSSR-dan çıxarılır və birbaşa RSFSR-ə tabe edilir.

20 iyul 1930-cu ildə Qaraqalpaqıstan Muxtar Sovet Sosialist Respublikası Rusiya Sovet Federativ Sosialist Respublikasının muxtar ərazisi olan Qazaxıstan MSSR-dan RSFSR-in birbaşa tabeliyinə verilir və 5 dekabr 1936-cı ildə Özbəkistan SSR-ə dövr edilir.

Sərhəd Qazaxıstan SSR və RSFSR arasındakı sərhəddən miras qalmışdır. Quru sərhədinin uzunluğu 7598,8 km-dir[1][2]. Rusiya–Qazaxıstan sərhədi demək olar ki, tamamilə zonadan keçir (5936,1 km quru, 1516,7 km çay sərhədi, 60 km göl sərhədi də daxil olmaqla)[3][4]. Dəniz sərhədinin uzunluğu 85,8 km-dir.

Sərhədin delimitasiyası 2005-ci ildə başa çatıb. Hazırda sərhəd ayırma işləri aparılır.

Qazaxıstan və Rusiyanın Avrasiya Gömrük İttifaqıAvrasiya İqtisadi Qrupu kimi iqtisadi təşkilatlara daxil olmasına baxmayaraq, təhlükəsizlik məqsədilə sərhəd nəzarətdədir və qorunur. Sərhədi keçməyə yalnız sayı məhdud olan buraxılış məntəqələrində icazə verilir. Pasport nəzarəti proseduru məcburidir.

Ərazi mübadiləsi

[redaktə | mənbəni redaktə et]

13 fevral 2015-ci il tarixində Rusiyanın Omsk vilayətinin və Qazaxıstanın Şimali Qazaxıstan vilayətinin başçıları sərhəd ərazilərinin mübadiləsini təklif edir.

23 fevral 2015-ci il tarixində Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi, Rusiya Federasiyasının Qazaxıstana belə bir təkliflə dövlət sərhədinin demarkasiyası üzrə Birgə Qazaxıstan-Rusiya Komissiyasına müraciət etməməsinə münasibət bildirir.

SSRİ ləğv edildikdən sonra, əksəriyyəti rus əhalisi olan Oqneupornı kəndi Qazaxıstanın Kostanay vilayətinin Karabalık rayonu ərazisinə daxil idi. Bütün sakinləri Rusiya vətəndaşlığına sahib olması, bütün əlaqələr Rusiya tərəfdən həyata keçirilməsi səbəbindən Rusiyaya birləşmə daha aktual olur.

18 yanvar 2005-ci ildə Rusiya və Qazaxıstan prezidentləri Rusiya-Qazaxıstan sərhədlərinin delimitasiyası ilə bağlı dövlətlərarası müqavilə imzalayır. 12 yanvar 2006-cı ildə Astanada dövlət başçıları müqavilənin ratifikasiyasına dair protokolu imzalayır. Razılaşmaya uyğun olaraq dövlət sərhədi elə şəkildə təyin olunur ki, Oqneupornı kəndi Çelyabinsk vilayətinin bir hissəsi olur. Bunun müqabilində Qazaxıstana Oktyabrsk rayonu ərazilərindən (Kostanay vilayətinin Fedorov rayonunun Kursk və İvangorodskoe kəndləri arasında) 520 hektar ərazi ilə bərabər çöl zonası verilir.

  1. Сопредельные страны Arxiv surəti 11 oktyabr 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2016-10-11 at the Wayback Machine // Росграница
  2. "Справочная информация по границе РФ". 2010-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-20.
  3. Общие сведения о стране/ Географическое положение. Границы Arxivləşdirilib 2016-03-26 at the Wayback Machine // Новая Российская энциклопедия (Россия. Электронный энциклопедический словарь)
  4. Границы России Arxivləşdirilib 2016-04-07 at the Wayback Machine // География России