Rusiya-Ukrayna kibermüharibəsi

Ukrayna saytlarına kiberhücumlar - Ukraynanın dövlət qurumlarının və banklarının saytlarına haker hücumları. Böyük hücumlar 2022-ci ilin 13-14 yanvar və 15-16 fevral tarixlərində baş verdi[1]. Daha bir irimiqyaslı hücum fevralın 23-də Rusiyanın Ukraynaya müdaxiləsi ərəfəsində baş verdi[2]. İlk iki hücum yalnız qısamüddətli ziyan vurdu, üçüncü dəfə hücumda bəzi məlumatların məhv edilməsi və oğurlanması bildirilir[3].

Rusiya-Ukrayna kibermüharibəsi
Rusiya-Ukrayna Müharibəsi
Tarix 14 fevral 2022-ci il — h. h.
Nəticəsi Davam edir
Münaqişə tərəfləri

Rusiya Rusiya

Ukrayna Ukrayna

Yanvarın 13-dən 14-nə keçən gecə mərkəzi və regional hakimiyyət orqanlarının 70-dən çox saytına[4]., o cümlədən Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Dövlət Fövqəladə Hallar Xidmətinin və sair saytlara kiber hücum olmuşdu[5][6]Polşa bu kiberhücumun mənbəyi kimi Rusiyanı göstərib. Polşa xüsusi xidmət orqanlarının fəaliyyətini koordinasiya edən nazirin kordinatoru Stanislav Jarin "Ukrayna tərəfinin bildirdiyi kiberhücum Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının fəaliyyətinin tipik bir hissəsidir". Ukrayna hökumətinin ekspertləri də hücumun Rusiya mənşəli olduğunu açıqlayıblar[7]. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini Serhiy Demedyuk bildirib ki, 2021-ci ilin noyabr ayı ilə müqayisədə Rusiya kiberhücumlarının sayı üç dəfə artıb və onlar kritik infrastruktura yönəlib[8]. Ukrayna Təhlükəsizlik Xidməti Rusiya xüsusi xidmət orqanlarının Ukraynanın dövlət orqanlarına kiberhücumda iştirakı ilə bağlı araşdırmaya başlayıb[9]. Təhqiqat Ukraynanın Kiber Polisi tərəfindən də aparılır[10].

Fevralın 15-də saat 20:21-də Ukrayna hökumət saytlarına və bir çox bankların saytlarına 5 saatdan çox davam edən DDoS hücumu başladı[11].Hücum Ukrayna tarixində ən böyük irimiqyaslı kiber hücum oldub[12].Bu dəfə hədəflər Privatbank və Oschadbank da daxil olmaqla 15-ə yaxın bank[13][14], həmçinin .gov.ua domeninin internet saytları idi . Bu bankların, Müdafiə Nazirliyinin , Silahlı Qüvvələrin və Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyinin internet saytları bir müddət fəaliyyətini dayandırıb. Ümumiyyətlə, bankların saytları fevralın 16-da öz işini bərpa edərək, bir qədər az zərər çəkib. Ukrayna rəsmiləri hücumların arxasında Rusiyanın dayandığını düşünür. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu işə qarışmadığını bildirib.Fevralın 18-də Böyük Britaniya və ABŞ hökumətləri hücumda Rusiyanı günahlandırdıqlarını rəsmən elan etdilər[15].Fevralın 19-da ABŞ Milli Təhlükəsizlik Şurası bəyan edib ki, onların məlumatına görə, hücum Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinə məxsus infrastrukturdan edilib[16]. Böyük Britaniyanın Milli Kompüter Təhlükəsizliyi Mərkəzi də eyni nəticəyə gəlib[17]. ABŞ hökumətinin fevralın 15-də verdiyi məlumata görə, rus hakerləri kəşfiyyat məlumatları toplamaq və bu sistemləri sıradan çıxara bilmək üçün Ukraynanın hərbi, enerji və digər kritik kompüter şəbəkələrinə genişmiqyaslı nüfuzetmə həyata keçiriblər[18].

Fevralın 23-də, Rusiya işğalı ərəfəsində, saat 16:00 radələrində, Ukrayna hökumətinin, banklarının və təhlükəsizlik strukturlarının saytlarına yeni genişmiqyaslı DDoS hücumu başladı.Ukrayna Ali Radasının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin və Təhlükəsizlik Xidmətinin internet saytları fəaliyyətini dayandırıb[2].Bloomberg- in məlumatına görə , hakerlər Daxili İşlər Nazirliyinin şəbəkəsindəki məlumatları məhv edib və ölkənin telekommunikasiya şəbəkəsindən külli miqdarda məlumat ələ keçirdiblər. Bu məlumatlar kommunikasiyalara və insanların ölkə daxilində hərəkətinə aiddir.[19]

Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı sosial media və informasiya müharibəsi

[redaktə | mənbəni redaktə et]

Sosial media Rusiya-Ukrayna müharibəsində təbliğat vasitəsi kimi istifadə olunur. Həm Rusiya, həm də Ukrayna sosial şəbəkələrdən bir-birini gözdən salmaq və dünya rəyinə təsir etmək üçün istifadə edirlər[20].Hər iki tərəf baş verən hadisələrlə bağlı öz versiyalarını təqdim etmək və işğalın səbəblərini, nəticələrini və hadisələri gündəmdə saxlamq üçün sosial mediadan geniş istifadə edir[21]. Rəsmi şəxslər, ayrı-ayrı vətəndaşlar və dövlət qurumları məlumatların, hadisələrin nəşri və yayılması üçün Facebook , Twitter , TikTok , YouTubeTelegram kimi platformalardan çox geniş istifadə edirlər. İşğal haqqında sosial mediayaya yüklənən məlumatların miqyası çox böyükdür[22].Rusiyanın Ukraynaya təcavüzü dünyanın bəzi böyük texnoloji şirkətləri üçün müəyyənedici geosiyasi məqama çevrildi, çünki onların platformaları informasiya müharibəsində əsas döyüş meydanlarına çevrilib və onların məlumatları və xidmətləri münaqişədə mühüm həyati vasitəyə çevrilib[23].Sosial media informasiyadezinformasiyanın yayılması üçün son dərəcə təsirli bir təbliğat vasitəsinə çevrilmişdir. Eyni zamanda, sosial media yazıları həm açıq mənbəli məlumat toplayanlar, həm də əsas media üçün ən vacib məlumat mənbəyinə çevrilib[24].[25]

Telegram

Telegram

messenceri Rusiya və Ukraynada müharibə ilə bağlı şəkillər, videolar və sair məlumat mübadiləsi üçün geniş istifadə olunur. Telegram həm də saxta görüntülərin hərbi dezinformasiyaların toplandığı yerə çevrilib. Euronews telekanalı Telegram-ı “Ukraynadakı müharibənin mərkəzində olan proqramlardan biri” adlandırır[26].Time jurnalı "hər iki hökumət üçün bir vasitədir və hər iki tərəfdə vətəndaşlar üçün məlumat mərkəzidir". Ən son nəşrə görə, Telegram “dünyaya hərbi əməliyyatların təstiqlənməmiş görünüsünü təqdim edən ən mühüm sosial media platformasına” çevrilmişdir[27].Telegram dezinformasiyanın geniş miqyasda yayımlanmasına görə müharibə ilə bağlı kanalları bağlamaqla hədələyib. Fevralın 27-də Telegram-ın yaradıcısı Pavel Durov Ukrayna və Rusiya daxilində döyüşlərlə bağlı bəzi kanalları bloklamağı düşündüyünü, çünki bu, münaqişəni gərginləşdirə və etnik ədavəti qızışdıra biləcəyini söyləmişdi[28].

Botlardan istifadə

[redaktə | mənbəni redaktə et]

Adelaide Universitetinin bir qrup mütəxəssisi, hərbi əməliyyatların başlanmasından sonra 2 həftə ərzində dərc edilmiş əsas həştəqlərlə 5 milyondan çox tvit üzərində araşdırma aparıb. Onların sözlərinə görə, tvitlərin 90%-dən çoxu ukraynayönümlü olub, 7%-dən azını isə rusiyayönümlü kimi təsnif etmək olar, saxta hesab və botların ümumi sayı isə təxminən 60-80%-dir. Alimlər belə qənaətə gəliblər ki, Ukrayna tərəfi avtomatlaşdırılmış Twitter hesablarından istifadədə daha fəal və qabaqcıldır, münaqişənin ilk həftəsində rus botlarının aktivliyi minimal olub[29].Rusiya illərdir ki, hibrid müharibə adlandırılan müharibədən xarici düşmənləri arasında təxribat, xaos yaymaq üçün istifadə edir və onu təkmilləşdirir və bunu geniş spektrli təxribat xarakterli qeyri-hərbi üsullarla, o cümlədən İnternet Araşdırmalar Agentliyi kimi media təşkilatlarından dezinformasiya mərkəzləri və “trol fermaları” kimi istifadə edir[30].Onlayn dezinformasiyanı tədqiq edən tədqiqatçılar 2022-ci ilin avqustun əvvəlinə kimi Rusiya dezinformasiyasını aktiv şəkildə yayan 250-yə yaxın sayt aşkar ediblər[31].Klemson Universitetinin professoru Darren Linvilin sözlərinə görə, Twitter-də Ukraynadakı vəziyyətlə bağlı rusiyayönlü dezinformasiya yayan bir sıra hesablar trol fabrikinin işçilərinə aid ola bilər. ProPublica və Clemson Media Forensics Hub-ın təhlilinə görə, şübhəli hesablardan gələn tvit vaxtları İnternet Araşdırmalar Agentliyinin gündəlik cədvəli ilə üst-üstə düşürdü və Rusiyada bayram və həftə sonları zamanı paylaşımlar azalırdı. Tvitlərdə Rusiya rəsmilərinin sözləri çıxışları təkrarlanırdı və onlar işğala ehtiyac olduğunu izzah edirdilər və NATO-nu günahlandırırdılar[32].

Deepfake texnologiyasından istifadə

[redaktə | mənbəni redaktə et]

Münaqişə zamanı internetdə Rusiya və Ukrayna prezidentlərinin əsgərlərdən silahlarını yerə qoyaraq təslim olmalarını xahiş edən bəyanatların yer aldığı saxta deepfake videolar yayılırdı

Deepfake.

[33][34]. Putin və Zelenskinin deepfakes videoları 16 Mart 2022-ci ildə ortaya çıxdı. Videolar real mətbuat konfransı videolarının saxta versiyalarıdır idi. Mütəxəssislər Euronews-a bildiriblər ki, Zelenski saxta deepfake videosu “qəsdən və geniş miqyasda aldadıcı şəkildə istifadə edilən ilk” video olub[35].

Vaqner qrupunun reklamı

[redaktə | mənbəni redaktə et]

NewsGuard analitikləri TikTok sosial şəbəkəsində vaqner qrupunu reklam edən və Ukraynaya qarşı nifrət yayan yüzlərlə video tapıblar. Platformada ən azı 160 video Yevgeni Priqojin tərəfindən yaradılmış Vaqner ÖHŞ -nin muzdlu qrupunun “zorakılıq aktlarını təbliğ edir və nümayiş etdirir”.Amerika analitik mərkəzi hesab edir ki, Vaqnerə aid videolar bir milyarda yaxın baxış toplayıb. NewsGuard həmçinin təkcə Rusiyanın işğalına haqq qazandıran deyil, həm də ukraynalıların öldürülməsinə çağırış edən 500-dən çox video aşkar edib[36].

Təbliğat Yaymaq üçün BMT-dən istifadə

[redaktə | mənbəni redaktə et]

İnformasiya müharibəsində Rusiya BMT-dən istifadə edib[37]. 6 Qərb ölkəsi Rusiyanı dezinformasiya, təbliğat və Ukraynaya qarşı əsassız hücuma haqq qazandırmaq üçün BMT Təhlükəsizlik Şurasından istifadə etməkdə ittiham edib[38].

Açıq mənbə kəşfiyyatı

[redaktə | mənbəni redaktə et]

Ukraynalılar Rusiyanın təbliğatına qarşı çıxmaq və Rusiyanın çoxsaylı hərbi cinayətlərini ifşa etmək üçün açıq mənbə kəşfiyyatından (OSINT) istifadə edirlər.Bundan əlavə, Ukraynada OSINT daha da simvolik məna qazandı ki, bu da Ukrayna xalqının mənəviyyatını gücləndirməyə kömək etdi, çünki o, vətəndaşlara döyüş əməliyyatlarında iştirak etməyə, sübutlar toplamaqla və Ukrayna ordusuna kömək etməklə töhfə verməyə imkan verdi[39].Forbes-dən Peter Suçiunun sözlərinə görə, “Kiyev təbliğat maşını cəbhə xəttindən şəkillər və videoları tvit edir, dərc edir və paylaşır[40].

  1. "Семь лет назад впервые в мире хакеры обесточили целый регион. Это было в Украине". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  2. 1 2 "Украинские сайты перестали работать из-за мощной DDoS-атаки, Европа активирует международную киберкоманду". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  3. "Hackers Destroyed Data at Key Ukraine Agency Before Invasion". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  4. "Від хакерської атаки постраждали близько 70 державних сайтівInvasion". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  5. "Ukraynada nazirliklərə qarşı kütləvi kiberhücumlar var". 2023-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-20.
  6. "Хакеры смогли взломать 70 правительственных сайтов, в том числе "Дии". Как это получилось?". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  7. "Хакерську атаку на сайти українських відомств здійснили з Росії – урядові експерти". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  8. "Киев: кибератаки со стороны России участились в три раза". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  9. "СБУ розслідує причетність російських спецслужб до кібератаки на органи державної влади України". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  10. "Кіберполіція, Держспецзв'язку та СБУ разом із міжнародними експертами встановлюють джерела походження кібератак на державні вебсайти". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  11. "Що відомо про DDoS-атаку на держсайти та банки: пік до 150 Гбіт/с, ймовірно з РФ". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  12. "Нова кібератака на банки була "найбільшою в історії України" й досі триває". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  13. "Ukrayna dövlət qurumlarının saytlarına haker hücumu". Archived from the original on 2023-08-20. İstifadə tarixi: 2023-08-20.
  14. "Нова кібератака на банки була "найбільшою в історії України" й досі триває". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  15. "Байден: Путин уже принял решение о нападении на Украину, для него готовят ложный предлог". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  16. "США: До DDoS-атак на українські сайти причетні спецслужби РФ". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  17. "UK assesses Russian involvement in cyber attacks on Ukraine". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  18. "Russian government hackers have likely penetrated critical Ukrainian computer systems, U.S. says". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  19. "Украина сообщила о новой DDoS-атаке на сайты госучреждений". 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  20. "Social Media as a Propaganda Tool in the Russia-Ukraine Conflict". 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  21. "In Russia-Ukraine war, social media stokes ingenuity, disinformation". 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  22. "Information Warfare in Russia's War in Ukraine". 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  23. "Ukraine War Tests the Power of Tech Giants". 2023-08-14 tarixində arxivləşdirilib.
  24. "Ukraine Uses Social Media To Share Images From The Frontlines While Russia Offers Rallies". 2023-08-14 tarixində arxivləşdirilib.
  25. "The invasion of Ukraine is not the first social media war, but it is the most viral". 2023-08-14 tarixində arxivləşdirilib.
  26. "Telegram found itself at the heart of the Ukraine war. How do you use it and is it safe?". 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  27. "How Telegram Became the Digital Battlefield in the Russia-Ukraine War". 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-15.
  28. "Ukraine War Tests the Power of Tech Giants". 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-15.
  29. "MASSIVE ANTI-RUSSIAN 'BOT ARMY' EXPOSED BY AUSTRALIAN RESEARCHERS". 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-15.
  30. "Ukraine has upper hand in information war, but Russia eyes a long game". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  31. "Russian disinformation spreading in new ways despite bans". 2023-08-13 tarixində arxivləşdirilib.
  32. "Infamous Russian Troll Farm Appears to Be Source of Anti-Ukraine Propaganda". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  33. "İnsanın üzünü dəyişdirən "Deepfake" nədir?". 2023-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-20.
  34. "The deepfakes in the disinformation war". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  35. "Ukraine war: Five of the most viral misinformation posts and false claims since the conflict began". 2023-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-16.
  36. "TikTok рекламирует «ЧВК Вагнера» и сеет ненависть к Украине". 2023-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-16.
  37. "Russian Invasion of Ukraine What Happened on Day 72 of the War in Ukraine". 2023-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-18.
  38. "West accuses Russia of using UN council to spread propaganda". 2023-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-18.
  39. "Eight Things You Should Know about Social Media in the War on Ukraine". 2023-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-27.
  40. "Ukraine Is Winning On The Battlefield And On Social Media". 2023-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-27.