Rusiya Federasiyası Mərkəzi Hərbi Hava Qüvvələri Muzeyi (rus: Центральный музей Военно-воздушных сил РФ) — Rusiyanın Moskva vilayətinin Monino şəhərində yerləşən aviasiya muzeyidir. Rusiya Federasiyası Mərkəzi Silahlı Qüvvələr Muzeyinin bir filialıdır. 173 təyyarə və 127 təyyarə mühərriki kolleksiyası ilə dünyanın ən böyük aviasiya muzeylərindən biri hesab olunur. Bu muzey həm də sovet təyyarələri üçün dünyanın ən böyük muzeyidir. Muzeydə həmçinin, Soyuq müharibə dövrünə aid Amerika casusluq avadanlıqları, silahlar, alətlər, uniformalar, incəsənət əsərləri, kitablar, filmlər və fotoşəkillərin olduğu kitabxanada daxil olmaqla, əlavə eksponatlar nümayiş etdirilir.
Rusiya Federasiyası Mərkəzi Hərbi Hava Qüvvələri Muzeyi | |
---|---|
Центральный музей Военно-воздушных сил РФ | |
Əsası qoyulub | 1958 |
Açılış tarixi | 1960 |
Təsisçi | |
Mövzu | Aviasiya muzeyi |
Ölkə | |
Yerləşir | Moskva vilayəti |
Kolleksiyası | 173 təyyarə və 127 təyyarə mühərriki həmçinin, Soyuq müharibə dövrünə aid Amerika casusluq avadanlıqları, silahlar, alətlər, uniformalar, incəsənət əsərləri, kitablar, filmlər və fotoşəkillərin olduğu kitabxanada daxil olmaqla, əlavə eksponatlar |
55°50′34″ şm. e. 38°10′53″ ş. u. | |
monino.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Mərkəzi Hərbi Hava Qüvvələri Muzeyi Qaqarin adına Hərbi Hava Qüvvələri Akademiyasının ərazisində, keçmiş Monino hava limanında, Moskvadan 40 kilometr (25 mil) şərqdə yerləşir.
Muzeyin əsası 1940-cı ildə Monino kəndinin Qaqarin adına Hərbi Hava Qüvvələri Akademiyasının yeri seçildiyi vaxta təsadüf edir. Muzeyin əsası 1958-ci ildə, hava limanının bağlanmasından iki il sonra qoyulub. Əvvəlcə 6 təyyarə və 20 təyyarə silahı nümayiş etdirilirdi. İki il sonra 1960-cı ildə yenidən ictimaiyyətə təqdim ediləndə muzeyin kolleksiyasında 14 təyyarə var idi. 1970-ci illərin əvvəllərində muzeyin kolleksiyası təxminən 40 təyyarəyə qədər genişləndirilmişdir. 1990-cı ildə nümayiş etdirilən təyyarələr konstruktor bürosunun təsnifatına və xronoloji ardıcıllığa görə yenidən sıralandırılmışdır. Muzeyin əsas zalı 2005-ci ildə baş verən yanğın zamanı böyük ölçüdə məhv olmuşdur. 2013-cü ildə İkinci Dünya Müharibəsi dövrünün təyyarələrinin yerləşdirilməsi üçün yeni anqarlar inşa edilmişdir. 2016-cı ildə muzeyin eksponatlarının Patriot Parkına köçürülməsi ilə əlaqədar olaraq muzeyin bağlanacağı bildirilmişdir. Bununla belə, 2020-ci ilin fevral ayında muzeyin yeni sərgi zalı açılmışdır.
1999-cu ilə qədər muzey keçmiş Sovet İttifaqı dövründən qalmış məxfi prototiplərin çeşidlənməsinə görə ictimaiyyət üçün bağlanmışdı.
Bu gün muzeydə hərbi, mülki və xüsusi təyinatlı həm yerli, həm də xarici təyyarələr nümayiş etdirilir. Muzeydə həmçinin aviasiya ilə bağlı uniformalar, sənədlər, modellər və avadanlıqlar kimi əlaqəli hissələr də mövcuddur. Muzey hazırda ictimaiyyət üçün açıqdır.
Muzey Rusiya Federasiyası Silahlı Qüvvələrinə məxsus olan hərbi hissələrdən (Qaqarin adına Hərbi Hava Qüvvələri Akademiyası) birinin ərazisində yerləşdiyindən bütün ziyarətçilər hərbi kompleksin giriş qapısından daxil olurlar. 2006-cı ilin yayından etibarən ziyarət üçün xüsusi icazələr tələb olunmur. (Mart 2012-ci il tarixindən etibarən) Ara-sıra açılan muzeyin təxminən beş tam ştatlı işçisi mövcuddur. Ziyarətçilərə muzeyi ziyarət etməzdən əvvəl, muzeyin açıq və yaxud bağlı olmalarını müəyyənləşdirmələri tövsiyə olunur.
Muzey bələdçisi muzeyə getməyin aşağıdakı yollarını tövsiyə edir:
Tualetlər, kiçik mağaza və yemək və içkilər üçün avtomatları (may 2014) var. Yaxşı nümayiş etdirilən əşyaların və əşyalarla əlaqəli olan bir çox avadanlığın olduğu iki böyük anqar mövcuddur. Amma bütün məlumatlar rus dilindədir. Bəzilərinin ingilis dilinə qısa tərcüməsi vardır. Daha çox sərgiyə ev sahibliyi etmək üçün daha bir anqar hazırlanır. 2008-ci ildə muzey rəsmiləri tərəfindən nəşr olunmuş muzey kitabçası var. 36 A4 səhifə uzunluğundakı kitabçada hər bir təyyarənin fotoşəkilləri və izahları verilmiş bir müqəddimə formasındadır.
Nəqliyyat və sərnişin təyyarələri
Qırıcılar
Bombardmançılar
Helikopterlər
Digər təyyarələr