Tupolev Tu-141

İstehsalçı: SSRİ

Tupolev Tu-141
Hazırlayan Tupolev
İlk uçuş 1974
İstismara verilmə tarixi 1979
İstismarçılar
Buraxılış sayı 152
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstehsalçı şirkət: Tupolev

Tip: Pilotsuz uçuş aparatı

İlk uçuş: 1974-cü il

İstismara verilib: 1979-cu il

İstehsal tarixi: 1979 – 1989-cu il

İstehsal sayı: 152 ədəd

Kütləsi: 5.370 kq

Uzunluğu: 14.33 m

Qanad uzunluğu: 3.88 m

Qanad sahəsi: 10.0 m²

Hündürlüyü: 2.44 m

Mühərrik: 1 ədəd Tumansky KR-17A

Güc: 19.6 kN (4,409 lbf)

Maksimal sürəti: 1.110 km/s; 1.000 km/s (Kreyser (normal) sürəti)

Uçuş məsafəsi: 1.000 km

Uçuş yüksəkliyi: 6.000 m

Minimal uçuş yüksəkliyi: 50 m

Tu-141, Tupolev Tu-123 PUA-larının davamıydı və nisbətən böyük, orta ölçülü bir pilotsuz uçuş aparatı idi. Transonik sürətlərdə ön cəbhə xətlərinin bir neçə yüz kilometr arxasında kəşfiyyat missiyalarını həyata keçirmək üçün nəzərdə tutulmuşdur. Film kameraları, infraqırmızı müşahidə cihazları, EO müşahidə cihazları və görüntü radarları daxil olmaqla bir sıra qurğuları üzərində yerləşdirmək olardı.

Əvvəlki Tupolev modellərində olduğu kimi, dart kimi arxaya monte edilmiş delta qanada, önə quraşdırılmış kanadalara və quyruqdan yuxarıya quraşdırılmış bir KR-17A reaktiv təyyarə mühərrikinə malik idi. Qatı yanacaq ilə işləyən gücləndiricinin köməyi ilə bir treyderdən (buraxıcı qurğu) buraxılırdı və quyruğuna monte edilmiş paraşütün köməyi ilə yerə enirdi

Tu-141 1979-1989-cu illərdə SSRİ ordusunda xidmətdə olmuşdur, əsasən Sovet İttifaqının qərb sərhədlərində istifadə edilmişdir.

Döyüşlərdə istifadəsi

[redaktə | mənbəni redaktə et]

Tu-141, Donbass müharibəsi zamanı Ukrayna Hava Qüvvələri tərəfindən təkrar xidmətə qəbul edilmişdir.

Tu-141 buraxıcı qurğusu ilə birlikdə

İstifadə edən ölkələr

[redaktə | mənbəni redaktə et]

 Rusiya

 Ukrayna