Rus döyüş gəmisi, sikdir get[a] (rus.Русский военный корабль, иди нахуй, Russki voyenni korabl, idi naxuy) — 2022-ci il fevralın 24-də rus qoşunlarınınUkraynanınİlan adasınahücumundan əvvəl adadakı sərhəd mühafizəçilərinin son sözləri.[4][5] Özünü döyüş gəmisi kimi təqdim edən rus kreyseri Ukrayna sərhəd mühafizəçilərini təslim olmağa çağırdıqdan sonra aldıqları cavab belə olmuşdur. Adadakı on üç sərhədçi təslim olmaqdan imtina etdikdən sonra, rus əsgərləri 42 hektarlıq adayı əvvəlcə döyüş gəmiləri, daha sonra isə hərbi təyyarələri ilə bombalamışdırlar.[6]
Səs yazısı internetdə ajertaj yaratmış və müxtəlif sosial media platformalarında çox sürətlə yayılmış və o vaxtdan bu ifadə həm Ukrayna hərbçiləri, həm də işğala etiraz edən mülki şəxslər tərəfindən mitinqlərdə istifadə edilən şüarlardan birinə çevrilmişdir. Ukrayna prezidenti Vladimir Zelenski İlan adasındakı əsgərlərə ölümlərindən sonra Ukraynanın ən yüksək milli titulu olan Ukrayna Qəhrəmanı adını verəcəyini açıqlamışdır[7].
28 fevral 2022-ci ildə Ukrayna Hərbi Dəniz Qüvvələri öz Facebook səhifəsində adanın bütün sərhədçilərinin sağ olduqlarını və Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanıldığını bildirmişdir[8].