İlan adası döyüşü (ukr. Атака на острів Зміїний) - Rusiyanın Ukraynanı istila etməsinin ilk günündə Rusiya Silahlı Qüvvələri ilə Ukrayna Silahlı Qüvvələri arasında Qara dənizdə yerləşən Zmeynıy adasında baş vermiş döyüş.
Rus-Ukrayna müharibəsi | |||
---|---|---|---|
Rusiyanın Ukraynanı istila etməsi | |||
| |||
Tarix | 24 fevral, 2022 | ||
Yeri | Zmeynıy adası | ||
Nəticəsi | Ukrayna Silahlı Qüvvələrinin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Qara dənizdə yerləşən və Ukraynaya mənsub olan İlan adası inzibati cəhətdən Odessa vilayətinin Kiliyski rayonu ərazisində yerləşir.[1] Rumıniyanın su sərhədlərinə yaxın ərazidə yerləşən ada uzun müddət Rumıniya və Ukrayna arasında fikir ayrılığına səbəb olmuş və tərəflərdən hər biri adanın özünə aid olduğunu elan etmişdir.
Adanı əhatə edən ərazi suları 2004-cü ildən 2009-cu ilə qədər Rumıniya və Ukrayna tərəfindən növbəti dəfə mübahisələndirilmiş, o zaman Beynəlxalq Ədalət Məhkəməsi adanı əhatə edən suların Rumıniyaya verilməsi ilə bağlı qərar çıxarmışdır.[2]
Ukrayna 2007-ci ildə İlan adasının yaşayış üçün əlverişli ada statusunu sübut etmək və mübahisədə əlini gücləndirmək üçün adanın yeganə yaşayış məntəqəsi olan Beloe qəsəbəsini salmışdır.[3] Adada yerləşən Beloe qəsəbəsi rəsmi statusa malikdir və burada poçt, muzey və ayrıca bank fəaliyyət göstərir. 2007-ci ildə adada provaslav kilsəsinin tikintisi planlaşdırılmışdır.[4]
2021-ci ilin avqustunda Ukrayna ətrafında Rusiya qüvvələri cəmləşdiyi bir vaxtda Ukrayna prezidenti Vladimir Zelenski adada mətbuat konfransı keçirdi və o, dedi: Bu ada, bütün ərazimiz kimi, Ukrayna torpağıdır və biz onu müdafiə edəcəyik. bütün gücümüzlə.[5]
2022-ci ilin 24 fevral tarixində Rusiyanın Ukraynanı istila etməsinin ilk günündə[6] Ukrayna Dövlət Sərhəd Xidməti yerli vaxtla təxminən saat 18:00-da İlan adasının Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri tərəfindən hücuma məruz qaldığını elan etdi.[7] "Moskva" kreyseri və patrul kateri Vasili Bıkovun göyərtələrindən ada ağır atəşə tutuldu.[8] Rus hərbi gəmisi özünü təqdim etdikdən sonra Ukrayna əsgərlərinə təslim olmalarını əmr edir və əvəzində səsgücləndiricidən Rus döyüş gəmisi, dur s*k*d*r burdan (rus. Русский военный корабль, иди на хуй) formasında cavab alır.[9]