Rusiyanın qızıl üzüyü (rus. Золото́е кольцо́) - Moskvadan şimali-şərqdə yerləşən qədim rus şəhərlərin dairəsi. Bu region əvvələr Zalesye adı ilə tanınırdı. Bu qədim şəhərlər ümumilikdə Rus pravoslav kilsəsinin yaranması və formalaşmasına əsas səbəb olmuşdu. Şəhərlər "açıq hava muzeyləri" statusu almışdılar, xüsusilə də XII-XVIII əsrlərdə tikilmiş bir çox kilsə və kreml binalarıdır. Bu şəhərlər Rusiyada ən mənzərəli sırasındadırlar və bura Rusiyanın məşhur soğan qübbəli tikililərinin formalaşdığı yer kimi də hesab edilə bilər.
Qızıl üzük turiz marşrutuna daxil olan şəhərlərin ümumi sayı 8-dir, lakin gələcəkdə bu sıra daha da artacağı gözlənir. Marşruta daxil olan şəhərlər:
Yaroslavl şəhəri 1010-cu ildə əsası qoyulub. Tarixi mərkəzdə 140 memarlıq abidəsinin olduğu üçün, Yaroslavl UNESCO-nun Ümumdünya irsinə daxil edilmişdir.
Kostroma'nın dominant abidələrindən İpatyev monastırını nümunə gətirmək olar. Adı ilk dəfə 1432-ci ildə yazılmış səlnamədə qeyd olunur. Şəhərin köhnə hissəsi hələ II Yekaterina tərəfindən təsdiqlənmiş planlaşdırılması günümüzə qədər salanmışdır.